loading...

Uzun kipriklərə sahib olmaq hər bir xanımın arzusudur. Əgər daha uzun kiprikləriniz olsun istəyirsinizsə aşağıda təqdim etdiyimiz təbii üsullardan faydalana bilərsiniz:

Sağlam qidalanın

Saç və dırnaqda olduğu kimi kirpiklərin də uzanması sağlam qidalanmayla bağlıdır. C vitamini, riboflavin və biotin ehtiva edən qidalar istehlak etməlisiniz. A, D, E və K vitaminləri də kirpik və saç uzanmasında çox təsirlidir.

kipriklerGöz makiyajınızla yatmayın

Gecə boyu gözlərinizdə qalan kirpik üçün tuş və layner kirpik diblərinizin hava almasını qarşısını alır, kirpiklərinizin tökülməsinə səbəb olur. Yatmadan əvvəl kirpik diblərinizi mütləq dərindən təmizləməlisiniz.

Təbii yağlardan istifadə edin

Kirpikləri qidalandıran yağların başında hint və zeytun yağı gəlir. Hər gecə pambıqlı çubuğun köməyiylə kirpiklərinizə qulluq edə bilər və daha qısa müddətdə uzanmasını təmin edə bilərsiniz.

E vitamini tətbiq edin

Kirpik uzatmada ən təsirli üsullardan biri də E vitamini istifadəsidir. Kirpiklərinizi bəsləyər, düzəldir və gücləndirər. Gecə yatmadan əvvəl pambıqlı çubuq köməyiylə kirpiklərinizə tətbiq edə bilərsiniz. E vitamini yağını apteklər ala bilərsiniz.

Tuş və kirpik qıvırma cihazından az istifadə edin
Kipriklər
Davamlı tuşdan istifadə kirpikləri gücsüzləşdirir və tökülmələrinə səbəb olur. Həftənin ən az 2 günü tuşdan istifadə etməyin.

Masaj edin

Gündə bir neçə dəqiqə yağlarla kirpik diblərinizə masaj edərək qan axışını sürətləndirmək və kirpiklərinizin daha sürətli uzamalarını təmin edə bilərsiniz.

Vazelin istifadə etmək

Vazelin kirpikləri nəmləndirir, gücləndirir və uzanmasına kömək olur. Gecə yatmadan əvvəl pambıqlı çubuğun köməyiylə kirpiklərinizə tətbiq edə bilərsiniz.

loading...
Şərh yaz