loading...

“Alışverişkolik” kitabının müəllifi olan Dr. Ünsalver qadınların alış-veriş etməkdən keyf aldıqlarını dilə gətirməkdən çəkinmədiklərini, kişilərin isə alış-verişi “kolleksiya” məqsədi ilə etdiklərini söylədiklərini bildirir.

Alış-veriş qadının işidir

Qadınların alış-verişdən asılı olmasının kişilərə nisbətən daha riskli olduğunu qeyd edən Ünsalver bunda uşaqlıq dövrünün təsirinin gözardı edilməməsi lazım olduğuna ifadə edir.

“Uşaqlıq çağından etibarən qız uşaqlarına təqdim edilən oyuncaqlarda paltar geyindirib-çıxartma, market vəsaitləri kimi alverə etina etdirici variantlar təqdim edilir. Alış-verişin çoxunu qadınların etməsi bilinir. İş qadınlarının sayı artsa da, hələ də bir çox ailədə təməl, əsas alış-verişi qadınlar edirlər. ”

Bəzi kişilərin bir tərəfdən qadınların alış-veriş marağından dərd çəkdiklərini, digər tərəfdən bu davranışı dəstəkləyici ola bildiklərini vurğulayan Ünsalver qadın və kişinin alış-verişdəki motivasiyasının fərqli olduğunu ifadə edir.alis veris

 

Qadınlar baxmaq, kişilər isə dərhal almaq istəyir!

“Qadınlar üçün alış-veriş davranışında funksionallıq (iqtisadi və işə yarar olması), romantik əlaqə qurma, sosial qarşılıqlı təsir və şəxsiyyətlə bağlı hədəflər alış-verişə olan motivasiyanı təmin edərkən, kişilər üçün funksionallıq daha ön planda gəlir. Kişilər mağazada çox vaxt keçirmədən sürətlə məhsula fokuslanıb almağı reallaşdırırlar. Halbuki, qadınlar üçün vitrinlərə baxmaq, paltarları geyinib sınamaq, qiymətləri müqayisə etmək və zaman məhdudluğunun olmaması alverin əhəmiyyətli və keyfverici parçalarını meydana gətirir. ”

İfrat dərəcədə olan və problemli alış-alver kişilərdə də rast gəlinir …

Ünsalver edilən araşdırmalardan əldə edilən nəticələrin qadınlar qədər kişilərdə də həddindən artıq və problemli alış-veriş davranışının olduğunu ortaya qoyduğuna işarə edir.

kisiiii

“Xüsusilə yaş azaldıqca, alver maraqı olan kişilərin sayında da bir artım müşahidə edilir. Orta yaş qrupundakı kişilər, xüsusilə, texnologiya məhsulları, ya da avtomobillər kimi ağır mallara daha çox maraqlanarkən, gənc yaş qrupundakı kişilər eynilə qadınlar kimi şəxsi baxım qayğı ilə bağlı məhsulları və ya paltarları almaqda maraqlıdırlar. Gənc yetkin kişilərə xitab edən reklamlarda əzələli və yaraşıqlı gənc insanların məşhur bir markanın ətirini istifadə edərək, ya da müəyyən bir marka şalvarı geyinərək gözəl qızları arxasından sürüdüyü nümayiş olunduğunda gənc kişilərin alış-veriş həvəsinin artması təəccüblü deyil. ”

Dr. Barış Önen Ünsalver kişilərin qadınlar kimi mağaza-mağaza dolaşmasalar da, alverə ayırdıqları zamanın ən az qadınlar qədər olduğunu vurğulayır. ///Sevil

loading...
SHARE
Şərh yaz