Kişilər hansı qadınları bəyənir?

loading...

Əminik ki, gözəl cinsin nümayəndələrinə kişilərin hansı qadınlardan xoşlandığı maraqlıdır. Kişilər arasında keçirilmiş sorğunun nəticələrinə əsasən sizə qadınların üstünlükləri ilə tanış olmağı məsləhət görürük.

Hər şeydən əvvəl, kişilər seksual qadınlara daha çox diqqət yetirir. Həm də bu anlayış heç də model görünüşünün mövcudluğunu nəzərdə tutmur. Bunun üçün sadəcə qadın bədəninin cəzbedici formasını vurğulayan düzgün geyim və bir baxış yetər. Komplekslərdən azad olun və daha hissiyyatlı olmağınıza imkan yaradın!

Həmçinin kişilər ünsiyyətcil xanımları sevir ki, onlar öz işlərindən, yaxınlarından və ya hobbilərindən çox maraqla danışa bilirlər. Lakin diqqət edin ki, bu halda siz öz keçmişiniz, çatışmazlıqlarınız və ya uğursuzluqlarınız haqqında danışmayasınız.

Qeyri-səmimilikdən çəkinin, çünki kişilər özünü təbii aparan səmimi qadınları xoşlayırlar. Kavalerlə ünsiyyət vaxtı bu və ya digər maskanı geymək lazım deyil. Çünki qeyri-səmimilik etibarın itməsinin düz yoludur!

Öz davranışınıza diqqət edin. Kişilər özünü ziyalı aparan və tərbiyəli xanımlara üstünlük verir. Danışarkən ara və ya təhqiredici sözlərdən istifadə etməyin.

Kişilərin əksəriyyəti qadınlarda müstəqillik və məqsədyönlülüyü bəyənir. Öz planlarının reallaşmasına fəal cəhd edən qızlar daha çox marağa və hörmətə səbəb olurlar.

Heç nəyə baxmayaraq kişilər əvvəlki kimi evdar xanımlara üstünlük verirlər. Əgər siz yemək hazırlamağı və ev işləri ilə məşğul olmağı sevirsinizsə bu zaman kişilərin marağını oyatmaq şansınız daha çoxdur.

Kişilər də qadınlar kimi öz ünvanına komplimentlər və təriflər eşitməyi xoşlayırlar. Xoşunuza gələn kişini təriflərdən məhrum etməyin, ona ən müxtəlif səbəblərə görə komplimentlər edin.

Baxmayaraq ki, kişilərin çoxu içki qəbul edir, siqaret çəkir, klublara, barlara və başqa əyləncə müəssisələrinə kifayət qədər tez-tez baş çəkir, onlar çox içki içən, siqaret çəkən və barlarda istirahət edən xanımları sevmirlər. Əgər kişini öz əlinizə almaq istəyirsinizsə, bu zaman zərərli vərdişlərdən imtina edin və öz həyat tərzinizi daha sakit bir obraz ilə əvəz edin.

Həmçinin kişilər daim qayğı hiss etməlidir. Siz onun corablarının harada olmasını daim bilməli, onun köynəklərini ütüləməli, ona isti çay verməli, o xəstələndikdə ona qulluq və s. etməlisiniz.

Kişiləri daha çox tez-tez gülümsəyən və yaxşı yumor hissinə malik xanımlar cəlb edir. Bu səbəbdən çalışın daim gülərüz və pozitiv olasınız.

loading...
Şərh yaz