loading...

Gözəllik, müsbət keyfiyyətlər, cazibədar xarici görünüş, ağıl, yaxşı əl qabiliyyəti – Sizcə bir kişi üçün xanımda bu keyfiyyətlər bəs edir? Xeyr! Yanılırsınız. Kişilərin xanımlarda ən çox bəyəndiyi əsas xüsusiyyətləri sadalayırıq:

1. Baxımlı xanım:
690x1035_0xd42ee42a_12273821131424860233
“Gözəl olmayan xanım yoxdur, özünə baxmayan xanım var”. Yəqin ki, bu məsəli çox eşitmisiniz. Bəli, bəli, nə 90-60-90 bədən ölçüləri, nə ayaqqabınızı aldığınız butikin adı – bunlar heç biri bir kişi üçün önəmli deyil. Onun üçün əsas məqam xanımın qadın olaraq özünə diqqət yetirməsi, saç və dırnaqlarının səliqəli və təmiz olması, geyindiyi geyimin ona yaraşmasıdır. Yəni paltarın hansı brendə məxsus olduğunu rəfiqələrinizə danışarsız. Kişilər üçün bu maraqlı deyil. Amma onun qarşısında Sizə ən çox yaraşan libaslarda olmağa çalışın.

2. Özünə inanan və xoşbəxt olmağı bacaran:
690x1035_0xd42ee42a_370733421424860327
Əvvəl özünüz özünüzə inanmalısınız ki, daha sonra qarşısınızdakını bunu inandıra biləsiniz. Yəni maksimum dərəcədə özünüzə, bacarıqlarınız və ağlınıza etimad göstərin. Bundan əlavə, kişilər istənilən xoşagəlməz hadisədə pozitivliyini itirməyən, hər zaman deyib-gülməyi bacaran xanımlara daha çox üstünlük verirlər. Bir də belə bir misal var: “Kişilər xoşbəxt qadınlara aşiq olurlar ki, onları daha da xoşbəxt etsinlər” 😉

3. Qarşındakı insanı olduğu kimi qəbul edən:
690x1035_0xd42ee42a_11846924961424860289
Kişiləri ən çox narahat edən məsələlərdən biri münasibətdə olduqları xanımların onların həyatına, xarakterlərinə müdaxilə etməsidir. Yəni əgər onu sevirsinizsə, çalışın müsbət keyfiyyətləri ilə yanaşı mənfi xüsusiyyətlərini də olduğu kimi qəbul edəsiniz. Unutmayın: heç kim ideal deyil. Siz onu dəyişdirməyə çalışdıqca, o Sizdən uzaqlaşacaq. Sonra bəlkə də dəyişəcək, amma o zaman da Siz yanında olmayacaqsınız.

4. Hər zaman haqlı olduğunu düşünməyən:

Hər insan səhv edə bilər. Əgər nəsə bir səhviniz varsa, bunu qəbul etməyə çalışın. Bu Sizi onun gözündə alçaltmayacaq. Əksinə, səhvinizi etiraf etmə qabiliyyətiniz onu Sizin səmimiyyətinizə daha da inandıracaq.

5. Motivasiya verməyi bacaran:

Onun “ilham pərisi” olmağa çalışın. İstənilən işində ona dəstək olduğunuzu və hər zaman yanında olacağınızı qeyd edin. Bu onu daha da ruhlandıracaq və Sizə olan inamını artıracaq.

loading...
Şərh yaz