Kişilərin seksual tələbləri

loading...

Yataqda hər zaman kişilərin nə istədiyinə fikir versəniz, sevmədiklərini gözdən qaçıra bilərsiniz. “Kişilər yataqda nə istəməz” sualının cavabını tapdığınız zaman xoşbəxt cinsi həyat sizi gözləyəcək!

Kişilərin hər zaman və hər şəraitdə cinsi əlaqəni düşündüyünü sanırıq… Hər vaxt nazlanan tərəf olaraq onların nə istədiklərini və nə istəmədiklərini çox da ciddi qəbul etmirik. Halbuki, kişiləri də cinsilikdən soyudan, tərəf müqabili ilə birlikdə olmaqdan qaçındıqları vəziyyətlər də vardır. Kişi olmaq demək hər zaman cinsi əlaqəyə hazır olmaq demək deyil. Tərəf müqabilinizi xoşbəxt etmək istəyirsinizsə, nələri sevmədiyini öyrənməklə işə başlaya bilərsiniz.

Kişiləri yataqdan qaçıran səbəblər

Romantik problemlər

Biz qadınlar hər vaxt romantik olduğumuzu, kişilərin bizim qədər düşüncəli olmadığını söyləyirik. Bizə görə kişilər üçün evdə yaşanan problemlər, romantik çətinliklər yatağa girənə qədərdir. Yatağa girdiklərində bütün problemlər bitər. Halbuki, düşündüyümüzün əksinə kişilər əlaqədə yaşanan romantik problemlərdən təsirlənir. Bu problemlər kişinin özünü cinsəlliyə verməsini və həzz almasını çətinləşdirir. Tərəf müqabilinə qarşı istəyini və ehtirasını azaldır.

Utancaq qadınlar

Xüsusilə qapalı cəmiyyətlərdə qadınlar kişilərə nisbətən daha təcrübəsiz ola bilir. Təcrübəli olduğunda isə kişinin onu pis başa düşəcəyini düşünərək cinsəlliyi yaşamağı bildiyini gizlədir. Halbuki, kişilər yalnız yataqda uzanan və hər şeyi kişidən gözləyən qadınlarla birlikdə olmağı sevmir. Nə qədər təcrübəsiz olursanız -olun, cinsi əlaqənin duyğularla yaşandığını unutmamalı və kişinizi xoşbəxt etmək üçün siz də səy göstərməlisiniz.

Müvəffəqiyyətsizlik qorxusu

Kişilər uşaq yaşdan etibarən cinsəllik mövzusunda təzyiqlə böyüyür. Uşaqkən anasından “Sən kişisən” cümləsini eşidən oğlan öyüdükcə kişiliyini sübut etmənin yolunun cinsəllikdən keçdiyini düşünməyə başlayır. Bu da yataqda ən yaxşı olma, müvəffəqiyyətsizliyi qəbul etməmə kimi özünü büruzə verir. Mütəxəssislər müvəffəqiyyətsiz keçən cinsi əlaqədən sonra kişilərin təkrar əlaqəyə girmə mövzusunda narahatlıq yaşaya biləcəyini ifadə edir.

Təmizlik

Kişilər də qadınlar kimi cinsi həyatda təmizliyə əhəmiyyət verir. Cinsi əlaqə əsnasında alınan pis qoxular kişiləri əlaqədən soyutmağa səbəb ola bilir. Təmizliyə əhəmiyyət verən kişilər baxımsız qadınlarla birlikdə olmağı sevmirlər. Qadının yaxşı baxım və təmizliyə sahib olmadığını düşünməsi kişinin cinsi əlaqədən qaçmasına səbəb olur. Tərəf müqabilinə qarşı cazibədarlıq itkisi, qadının fiziki xüsusiyyətlərində illər içərisində reallaşan dəyişmələr də kişinin cinsi istəksizliyinə gətirib çıxarır. Bu səbəblə yatağa girmədən əvvəl mütləq duş almağa diqqət yetirmək, tüklərdən təmizlənmək və yataq xaricində də baxımlı olmaq əhəmiyyətlidir.

Cinsi komplekslər

Kənarda yataqda yaramaz qadınları sevən kişiləri yataqdan soyudan ən əhəmiyyətli səbəblərdən biri də cinsiliyi ayıb olaraq görən qadınlar olur. Çünki kişilər yataqda həmişə özünə narahatlıq verən, “Onu etmə, bunu etmə” deyən bir qadınla birlikdə olmağı arzu etmir. Birlikdə olduğu qadının cinsi komplekslərinin olması, əlaqə əsnasında tez-tez mənfi reaksiyalar verməsi kişinin cinsi əlaqəyə olan istəyini azalda bilir.

İlk təcrübə

Qadınların ən çox şikayət etdiyi mövzulardan biri də ilk yaşanan cinsi təcrübədən sonra kişinin marağının azalmasıdır. Kişilər üçün ilk birlikdə olma anı mühüm əhəmiyyət daşıyır. Kişi əgər ilk təcrübədən məmnun qalmazsa, cinsi birlikdəlikdən qaça bilər.

Ata olmaq

Kişilər də qadınlar kimi uşaq sahibi olduqdan sonra cinsəllik mövzusunda narahatlıqlar və dəyişmələr yaşaya bilir. Kişilərin əlaqənin irəliləyən dövrlərində həyat yoldaşlarını ana kimi görməyə başlamaları səbəbiylə cinsi istəklərində azalma reallaşa bilir. Bu, xüsusilə qadının ana olmasından sonra artır.

Bu səbəblərə diqqət!

  • İşsiz qalmaq , həyat yoldaşını itirmək , iqtisadi problemlər cinsi əlaqə anında diqqəti pozduğu üçün kişilər ereksiya problemi yaşaya bilir.
  • Əlaqəyə girmədən əvvəl qadın başqa şeylərlə maraqlanırsa (mail oxumaq, oyun oynamaq), kişinin cinsi istəyi azala bilir.
  • Kişinin özünə olan etibarı tərəf müqabilinə verə bildiyi cinsi həzzlə artıb-azalır. Bu səbəblə çətin orqazm olan qadınlar kişinin özünə olan etibarını azaldır ki, bu da cinsi əlaqədən soyumasına səbəb olur.
  • Az da olsa uşaq sahibi olmağı istəməmək (qorunmaq) cinsi əlaqəyə girməkdən çəkinməyə gətirib çıxarır.
  • Kişilərdə qadınlara nisbətən cazibədarlıqlarını itirmə narahatlığı az olur. Ancaq az da olsa, bəzi kişilərdə yaşlanmaqla birlikdə performanslarının azalmasıyla üzləşməmək üçün cinsi əlaqədən qaçınma və istəksizlik ortaya çıxa bilir.
  • Depressiya və psixoloji narahatlıqlar kişidə cinsi istəksizliyə gətirib çıxarır.
  • Kişilər bir-birlərindən və pornografik vəsaitlərdən çox şey öyrənir . Öz bildiyi ilə doğru zənn etdiyi arasındakı uyğunsuzluq duyğularına və performansın azalmasına gətirib çıxararaq sərtləşməyə maneə törədə bilir.
  • Aldadılma və ya tərəf müqabilinin sədaqətindən şübhələnilməsi cinsi istəyi azaldır. Bəzən bu düşüncələr gerçək olmadığı halda, kişi çatışmazlıq duyğusu hiss edə bilir.
  • Kişilər də toxunulmaq, maraqlanmaq istəyir. Yataqda özünə kifayət qədər maraq göstərməyən, istəklərini yerinə yetirməyən qadınlar kişilərin o insanla cinsəllik yaşamasına mane olur.

Nə etməli?

  • Hər qadın yataqda öpülmək, toxunulmaq, qısası, əvvəl sevişmək istəyir. Lakin bu vəziyyətin yalnız qadınlar üçün deyil, kişilər üçün də keçərli olduğunu unutmamaq lazımdır. Kişinizi xoşbəxt etmək üçün xoşlandığı şeyləri etməli, ona toxunmalısınız.
  • Yataqda hər şeyi ondan gözləməməlisiniz. Ona nələrdən xoşlandığınızı açıqca söyləyərək onu istiqamətləndirməlisiniz. Zövq aldığınızı ona göstərməli və onun da zövq alması üçün əlinizdən gələni etməlisiniz.
  • Yataqda utancaq qadın olmaqdan imtina etməlisiniz. Əgər içinizdən qışqırmaq gəlirsə, özünüzü tutmamalı və bundan utanmamalısınız. Bəzi qadınlar orqazm olmaqdan belə utanır. Halbuki, orqazm olmanız kişinizi daha çox təhrik edəcək.
  • Sevişməyə hazırlanmalısınız. Hər kişi seksual alt paltarlarından, təhrikedici sözlərdən xoşlanır. Bu səbəblə arada sevgilinizə sürprizlər etməli, seksual alt paltarlarıyla fərqli fantaziyaları reallaşdırmalısınız.
  • Sizdən etmək istəmədiyiniz bir şeyi istədiyi zaman ona həddindən artıq reaksiyalar vermək yerinə niyə istəmədiyinizi izah etməli və istədiyi başqa şeyləri edə biləcəyinizi ona göstərməlisiniz.
    Olmaz.
loading...
Şərh yaz