Kişilərin üstünlük verdiyi qadınlar

loading...

Kişilər evlilik qərarı verərkən hansı qadınları seçir?

Hamımızın bildiyi kimi evlilik çətin bir qərardır. Bir ömür boyu bərabər yaşayacağımız insanı, çox vaxt seçməkdə çətinlik çəkirik. Ya da qadınlar bunu belə fikirləşirlər. Ancaq aparılan araşdırmalara görə kişilər evlənəcəkləri qadını 20 saniyə içərisində seçə bilirlərmiş. Bəli təəccüblü olsa da amma həqiqətdir. Bundan başqa aparılan araşdırmada məlum olmuşdur ki, kişilər istədiyi həyata uyğun evlənəcəyi qadını seçir.

Kişinin ürəyinə gedən yol mədəsindən keçər sözünü əminik ki eşitməyən yoxdur. Əslində kişilər evlənəcəkləri qadını da özləri kimi yemək vərdişləriylə seçə bilirlər. Yeni və dəyişik yeməklər hazırlamağı sevən qadını yeni fantaziyalara uyğun olaraq görürlər. Zövqlə yemək yeyən qadın isə ehtiraslı görürlür.

Kişilərin ən çox çətinlik çəkdiyi mövzu qadınların şikayət etməsi, həyatdan zövq almaması, heç bir şeyi bəyənməməsidir. Özlərinə yoldaş seçəcəkləri qadının həyatdan zövq almasını bilən, kiçik şeylərdən xoşbəxt ola bilən və şikayət etməyən qadınlar olmasına çox diqqət yetirirlər. Əgər belə bir qadın sizsinizsə kişilər tərəfindən ən çox seçilən adam olacağınızdan əmin ola bilərsiniz.

Kişilər özlərini böhrana salmayan qadınlardan son dərəcə xoşlanırlar. Özünüzü sirrli saxlasanız kişilər sizə çatmaq üçün olduqca səy göstərəcək. Çünki kişilər, asan qazanılanı deyil çətin əldə ediləni sevərlər. Özünüzə güvənən olun. Onlara bağlı olmadığınızı hiss etdirin.

Kişilər üçün özünə güvənmək, fədakar olmaq, özündən əmin duruşlar sərgiləmək çox əhəmiyyətlidir. Belə bir qadınsınızsa barmaqla göstərilən və ən çox seçilən yoldaş namizədi ola bilərsiniz deməkdir. Kəşf etməyi sevən kişilər içinə qapalı və sirrli qadınları yoldaş olaraq seçirlər.

Bundan başqa kişilər evlənəcəkləri adamla bədən uyğunlaşmasına çox diqqət yetirərlər. Hətta bunu xüsusilə seçirlər. Qadınlar bəlkə diqqət etməz, ancaq kişilər evlənəcəyi adamın bədən qoxusunu ala bilirlər və buna uyğun yoldaş seçimini edirlər.

loading...
Şərh yaz