Kobudluğa necə reaksiya vermək lazımdır?

loading...

Çox vaxt kobudluq insanı tamamilə yoldan çıxarır. Bu halda Sizə qarşı kobudluq etmiş şəxsə cavab qaytara və ya susa bilərsiniz. Lakin biz sizin mənəvi tarazlığınızı qorumağa kömək edəcək bir neçə metod təqdim edirik.

Necə düzgün reaksiya vermək olar?

Siz, yəqin ki, bəzi insanların tez-tez kobudluqla rastlaşdığına fikir vermisiniz. Lakin bəzi kobudluq edənlər qeyri-adi intuisiyaya və müşahidəçiliyə malikdir ki, daim eyni tipli insanların xətrinə dəyirlər. Onlar öz qurbanlarını zəiflik prinsipi üzrə seçirlər ki, onların fikrincə zəif insanlar onların kobudluğuna cavab verə bilməsinlər.

Bu kateqoriyaya zəif iradəsi olan, özlərinə aşağı qiymət verən, təsadüfən başqasını incitməyə qorxan, həmçinin münaqişələrdən və münaqişəli vəziyyətlərdən çəkinən insanlar düşürlər.
Bu halda ilk olaraq özünüzə qiyməti yüksəldin, özünüzdən əmin olun və daxili gücünüzə inanın.

Nəzakət

Qanacaqsız və kobud insanlar — qorxaqlardır, onlar səmimiliyə və sakitliyə öyrəşməyiblər. Onlar sizi özünüzdən çıxarmaq istəyir və bu səbəbdən onlara belə sevinc bəxş etməyin.

Özgələşmə

Əgər siz tez-tez kobud insanlarla rastlaşmalı olursunuzsa, bu zaman onlara qarşı soyuq nəzakət göstərin və onun artıq “mədəni çərçivədən” çıxdığını görəndə isə danışığı dərhal dayandırın.

Psixoloji aykido

Psixoloji aykidonun mahiyyəti rəqibin gücünü onun özünə qarşı istifadə etməkdir. Belə ki, sizə qarşı kobudluq edənlə siz sadəcə razılaşsanız onu pərt edib mübarizədən qalib çıxa biləcəksiniz.

Yumor

İnsan pis bir şey demək istədiyi vaxt, o ciyərlərinə hava yığır. Əgər onu bu an güldürsəniz, o “boşalacaq”. Öz zarafatınızı təbəssümlə müşayiət etməyə çalışın.

“Baş aparan”

Bu metod sosial forumların administratorları üçün uyğun gələcək. Məlumdur ki, sosial şəbəkələrin bir çox iştirakçıları, ümumi qaydaları bilərək, onları pozur, sonra isə saytların administratorları ilə “dalaşmağa” başlayırlar. Dəlilləri bitdikdən sonra isə, onlar kobudluğa keçirlər. Bu halda əgər siz ədaləti müdafiə etmək istəyirsinizsə, emosiyalarınızı cilovlayıb qaydaları pozana bütün səhvlərini izah edin.

Etinasızlıq

Kobudluğun bütün səbəbləri üçün ümumi metod — “etinasızlıqdır”. Bəzən susmaq yaxşı, təhlükəsiz və gözəldir. Əgər sizə mübahisədə incidəndən heç nə lazım deyilsə, siz ruhi cəhətdən kobudluq edən insanla danışmağa hazır deyilsiniz və ya həmin insanın ruhi cəhətdən naxoş olduğunu hiss edirsinizsə, bu zaman “etinasızlıq” metodundan istifadə edin.

loading...
Şərh yaz