Konfliktlər də uşağa mənfi təsir göstərir?

loading...

Mənimlə həyat yoldaşım arasında konflikt var. Lakin bu konflikt söz mübahisəsi həddində deyil. Bu cür konflikt də uşağa mənfi təsir göstərir?

Ata ilə ana arasındakı konflikt uşaqların ruhuna ol­duqca böyük mənfi təsiri olan evyıxan bəladır. Ata ilə ana arasındakı konflikt dedikdə, təkcə fiziki toqquşma nəzərdə tutulmur, əksinə, mübahisə və səsin ucaldıl­ması da konflikt sayılır.

Həyat yoldaşınızla mübahisə edən zaman övladını­zın üzünə baxın. Onun üzündə iztirab əlamətlərini aş­kar müşahidə edəcəksiniz. Əksər hallarda bu iztirab rəngin qaçması ilə birgə müşahidə edilir. Azyaşlı uşaq­lar valideynləri mübahisə edəndə onların yanına gəlir və yalvararaq dava etməmələrini istəyirlər. Ola bilər, daha böyük uşaq və yeniyetmələr öz narahatlıqlarını büruzə verməsinlər və bu onların üzlərində görünmə­sin. Lakin onların daxilində əsəb iltihabı olur və iztirab onların bütün vücudunu bürüyür.

Uşaq valideynləri arasındakı konfliktə görə iztiraba düçar olur. Çünki o, elə bilir ki, bu ixtilaf ayrılıqla nəticələnəcək, o, avara-sərgərdan qalacaq, qaranlıq və naməlum gələcəklə üzləşəcək.

Ata-ana arasındakı konflikt uşaqda ziddiyyət yaran­masına səbəb olur.

Tövsiyə edirik ki, həyat yoldaşınızla söz mübahisə­sini kənara qoyasınız. Mübahisələrin çoxunun kökü puç və mənasız məsələlərdir ki, tərəflərin bir az fəda­karlıq və könül genişliyi nümayiş etdirməsi ilə aradan qalxır.

loading...
Şərh yaz