Körpə ilə ünsiyyət

loading...

Hamilə xanımın psixi, emosional vəziyyəti, iç dünyasında baş verənlər bilavasitə dölə, gələcək övladına təsir edir.

Qida, geyim, idman – hər biri sağlamlığın rəhnidir. Amma ən vacib amil körpənin bir insan kimi necə olacağıdır. Onun psixi vəziyyətinin, xasiyyətinin, taleyinin təməli isə ana bətnindən qoyulur. Ona görədə tez tez bu sözləri təkrarlayın: “Mən sakitəm, hər şey yaxşı olacaq, mənim körpəmə sakitlik lazımdır. Bütün çətinliklər artıq geridə qalıb”.

Özünüzü və körpənizi sevib, qoruyun. Onunla imkan tapan kimi söhbət edin. Bildirin ki, onu nece sevirsiniz, gəlişini səbirsizliklə gözləyirsiniz. Göz açacağı dünyanın, həyatın maraqlı, gözəl olduğundan danışın. Körpə elə ana bətnindəcə arzulanan olub-olmadığını hiss edəcək.

Psixoloqlar bətindəki körpə ilə əlaqənin, xüsusən 3-4 aydan sonra vacibliyini vurğulayır və bu əlaqənin üsullarını da təklif edirlər:

1. Fiziki təmas – ana əlləri ilə qarın nahiyəsini sığallayır. Əlin təması ilə müəyyən siqnallar ötürülür.

2. Musiqi ilə – həzin, zövqlə seçilmiş musiqilərə, xüsusən dini musiqilərə, Quran ayələrinə qulaq asmaq uşağın sinir sisteminin və beynin formalaşmasına müsbət təsir gösərər. Eləcə də uşağın gələcək musiqi duyumunu, oxuyub-yazmaq qabiliyyətini artırar. Rok musiqi, rep, möhkəm nağara səsi, Bethoven və Baxın əsərləri uşağa mənfi təsir edir.

3. Söhbət etmək– uşaq ana və atasını səsin ritmi ilə tanıyır və səsin ahəngi ilə onların hansı hisslər keçirdiyini hiss edir. Hətta körpədə şüuraltı bəzi sözlər qalır. Ona görə də hamiləliyin 6 ayından sonra danışıq zamanı daha ehtiyatlı olmaq lazımdır. Gözəl şerlər, nəsihət, bayatı və laylalar kitabı hər gün gələcək ananın əli altında olmalıdır.

4. Emosional əlaqə – qorxu, qəzəb, aqressivlik, paxıllıq, əsəb qanın tərkibini dəyişir və qan ciftlə dölə ötürülür. Əgər ana doğuşa qədər mütəmadi olaraq ağlayırsa, qəzəblənirsə və ya qorxu, təzyiq altında yaşayırsa, doğulan körpə də həyatda öz yerini tapa bilmir, daim uğursuzluqla üzləşir, sevinc ondan gen gəzir.

loading...
Şərh yaz