Kreslo və döşəmə necə təmizlənməlidir

loading...

Ev təmizliyi çox incə bir işdir.  Gündəlik etdiyiniz təmizlik və silmə xaricində sizin həm vaxtınızı alan, həm də fiziki yorulmanıza səbəb olan pərdə yuma, qapı silmə, pərdə ütüləmə, xalça silmə kimi işlər praktik üsullarla edilsə sizi çox da yormayacaq.

Kreslo və döşəmə təmizləməyin doğru üsulu:

Kreslo örtükləriniz çıxırsa işə əvvəl onlardan başlayın. Örtükləri mütləq yuma təlimatına uyğun olaraq yüksək dövrləri seçməyərək yuyun. Unutmamanız lazım olan şey maşına atmazdan əvvəl örtüklərin zəncirbəndlərini  bağlamaqdır. Əks halda zəncirbəndlər pozula bilər ya da bağlayarkən sizə problem yarada bilər.

Əgər kreslo ya da divan döşəmələri olduqları yerdə təmizlənəcəksə ilk edəcəyiniz iş tozsoran vasitəsi ilə kreslo döşəmələrinin tozunu almaqdır. Bütün künclərə çatmaq üçün tozsoranın uyğun olan başlıqlarını istifadə edin. Kreslo döşəmələrinizi quru olaraq fırçalamayın. Tozları içəri doğru itələmiş olarsınız.

Toz alma əməliyyatı tamamlandıqdan sonra az bir miqdarda suyun içinə yuyucu toz əlavə edin. Yuyucunun ağardıcı xüsusiyyətli olmamasına fikir verin, bu parça növünün zərər görmə ehtimalı olduğuna görə çox əhəmiyyətlidir.

Döşəməyə ola bildiyincə az su ilə müdaxilə etməniz işin digər pik nöqtəsidir. Həm daha dərin bir təmizlik etmiş olarsınız, həm də sonrasında suyu qurutmaqla məşğul olmaq məcburiyyətində qalmazsınız. Nəmli qalan parçanın yayacağı pis qoxu təmizlik əməliyyatının müvəffəqiyyətini kölgələyər. Ayrıca silmə əməliyyatının ardından qurutmağı sürətləndirmək üçün tozsorandan faydalana bilərsiniz. Unutmayın, qurumağı təyin edən faktor parçanın növüdür. Bu sayədə işiniz daha qısa müddətdə birdəfəlik bitmiş olar.

Kreslo və divanınızın hər hansı bir  hissəsinin zərər görməsini istəmirsinizsə silmə əməliyyatından əvvəl yuyucu suyu kreslonun arxa qisimində kiçik bir nöqtəsində təcrübə edin. Hər hansı bir rəng dəyişmə, parça zədələnilməsi yoxdursa kreslolarınızı rahatlıqla təmizləyə bilərsiniz.

loading...
Şərh yaz