loading...

Məşhur futbol komandası olan “Real”ın hücumçusu Kriştianu Ronaldo keçmiş sevgilisi İrina Şeyklə ayrılmasına münasibət bildirib.

Portuqaliyalı futbolçu Rusiyadan olan supermodelə gələcək həyatında xoşbəxtlik arzulayıb.

Ronaldo Şeyk haqda bunları deyib: “Biz İrina ilə 5 il bir yerdə olandan sonra ayrıldıq. Bu, hər ikimiz üçün daha yaxşı olacaq. Şeykə gələcək həyatında xoşbəxtlik aruz edirəm”.

Qeyd edək ki, İrina Şeyk Kriştianu Ronaldo ilə birgə Sürixdə keçirilən “Qızıl top” mükafatının təqdim olunma mərasiminə qatılmayıb. Daha sonra Portuqaliya mətbuatı iddia edib ki, rusiyalı model potensial qayınanası Aveyru Doloresin 60 illik yubileyinə qatılmadığı üçün hər ikisi münsabətlərinə son qoyub.

loading...
SHARE
Şərh yaz