Lava-kekslər

loading...

6 porsiya üçün lazım olacaq ərzaqlar:

  • 140 q. kərə yağı;
  • 225 q. acı şokolad;
  • 100 q. un;
  • 50 q. şəkər tozu;
  • 3 ədəd iri yumurta;
  • 3 ədəd yumurta sarısı;
  • bir çimdik vanil.

Hazırlıq prosesi:

  • Sobanı 220°C dərəcəyə qədər qızdırın. Bişirmə formasına kərə yağı çəkin. Şokoladı yağ ilə əridib yaxşıca qarışdırın. Bu qarışığa un ələyin, şəkər tozu və vanil əlavə edib qarışdırın. Qarışıq azca soyuduqdan sonra üzərinə yumurta və yumurta sarısını əlavə edib çalın.
  • Xəmiri formalara tökün və 6-10 dəqiqə ərzində bişirin. Kekslər hazır olan kimi, onları formalardan çıxarın və şəkər tozu ilə bəzəyin.
loading...
Şərh yaz