Limon nə üçün faydalıdır?

loading...

Limon – çox faydalı məhsuldur. Onun tərkibində xeyli miqdarda C vitamini, pektin, orqanik turşular, tiamin və insan orqanizmi üçün lazımlı başqa maddələr var. Faydalı maddələrin geniş spektri limonu qidalanmanın əvəzolunmaz və qiymətli məhsulu edir.

Limonun faydalı xüsusiyyətləri

Limon turş dada malik olmağına baxmayaraq, mədənin turşluq dərəcəsini aşağı salır. Bu meyvənin şirəsi ateroskleroz və sidik kisəsi daşı xəstəliyi vaxtı qəbul edilir. Həmçinin o anginanın müalicəsi və ağızın selikli qişasının başqa iltihabi xəstəlikləri vaxtı effektivdir. Limon şirəsi susuzluğu çox yaxşı yatırdığı üçün isti havada limonlu çay içmək məsləhətdir.

Qeyd etmək lazımdır ki, limon şirəsi mədə yarasından əziyyət çəkən insanlara zərərlidir.

Limonu iştahın azalması vaxtı tətbiq etmək lazımdır. Həmçinin həkimlər tərəfindən sübut edilmişdir ki, bu sitrusda olan maddələr qanda xolesterinin səviyyəsinin düşməsinə, sancıların sadələşməsinə imkan yaradır.

Arıqlamaq istəyənlər limon pəhrizindən istifadə edə bilər. Səhər acqarnına isti su ilə qarışdırılmış təzə çəkilmiş limon şirəsi için və ya yemək hazırlayaraq üzərinə limon əlavə edin. Həmçinin limon qabığından da istifadə edə bilərsiniz (onu xırda-xırda doğrayıb ətə və tərəvəzlərə əlavə etmək olar).

Əgər sizin ayaqlarınızda vaxtaşırı qıcolmalar yaranırsa, bu zaman pəncələrinizə limon şirəsi çəkin. Müalicə kursu ən çox 2 həftə təşkil etməlidir.

Limon ilə müalicənin xalq reseptləri

Sizə lazım olacaq:

  • limon;
  • soda;
  • 2 diş sarımsaq;
  • qaynanmış su;
  • 2 x.q. qliserin;
  • 2 x.q. bal;
  • zeytun yağı;

Əgər siz qarnınızda ağrı hiss edirsinizsə və ya sizin ürəyiniz bulanırsa, bu zaman limon şirəsi için. Onun hazırlığı üçün limonun yarısını sıxın və üzərinə ½ ç.q. soda əlavə edin. Soda mədənin turşluq dərəcəsini aşağı saldığı üçün bu vasitədən sui-istifadə etmək lazım deyil.

Limondan həmçinin öskürək vaxtı istifadə etmək olar. Müalicəvi vasitə hazırlamaq üçün limonun üzü tamamilə örtülənədək üzərinə su əlavə edin. Tərkibi 10 dəqiqə ərzində zəif oda qoyun. Bundan sonra bütün şirəni sıxın, üzərinə 2 x.q. qliserin və bal əlavə edin. Vasitəni gündə 3 dəfə 1 çay qaşığı qədər qəbul edin.

Limonu həmçinin qabarların müalicəsi vaxtı da istifadə etmək olar. Dərinin həmin sahəsini buğa verib yumşaldın. Bundan sonra qabara limon qabığını bağlayın. Belə proseduru 2-3 gün ərzində hər gün təkrarlamaq lazımdır.

Limon şirəsi kosmetologiyada da geniş istifadə olunur. Məsələn, mimik qırışların miqdarını azaltmaq üçün, sitrus maskası etmək olar. Bərabər nisbətdə zeytun yağını limon şirəsi ilə qarışdırın. Alınmış vasitə ilə dərinizi səhər və axşam silin.

Əgər sizin dəriniz qurudursa, bu zaman bu vasitədən istifadə etməyiniz məsləhət deyil, çünki limon dərini qurudur.

Limon şirəsi ilə sızanaqları da müalicə etmək olar. Bu zaman onu bütün üzə deyil, yalnız sızanaqların üzərinə çəkmək lazımdır.

Sitrus meyvəsi sizə həmçinin piqment ləkələrdən qurtulmağa kömək edəcək. Onu təbii kefir ilə qarışdırın və alınmış maska ilə dərinin problemli sahələrini silin.

loading...
SHARE
Şərh yaz