“Mən onu bəy olaraq tanımışam, indi necə xanım deyim?!”

loading...

“Survivor” yarışmasına qatıldıqdan sonra daha da tanınan türkiyəli ifaçı Mustafa Topaloğlu Bülənt Ərsoyun sənətçi olmadığını iddia etdiyinə görə sərt sözlərlə üzləşmişdi.

Bülənt Ərsoy M.Topaloğlunun onun adından istifadə edərək özünü reklam etdiyi söyləyib.

Bu sözdən qəzəblənən Topaloğlu sənətçinin ünvanına sərt sözlər deyib:

“Ona 17 min lirə təzminat ödədim. Ödədiklərim haramı olsun. O, nə qədər eqolu biridir. Bir insanda bu qədər eqo ola bilərmi? Mən o vaxt da pis söz deməmişdim. Sadəcə ona “Bülənt bəy” deyə xitab etmişdim. Mən onu bəy olaraq tanımışam, indi necə xanım deyim?! Lənət olsun ona, nə barışmaq? Həyatımda qarışqanı belə özümdən aşağı görməmişəm”.

loading...
Şərh yaz