loading...

Dekabrın əvvəlində şahzadə Uilyam və Kembric hersoginyası Ketrin Nyu-Yorkda rəsmi səfərdə olacaqlar.

Səfərin məqsədi Metropoliten Muzeyində keçiriləcək xeyriyyə gecəsində iştirak etməkdir.

Təşkilatçılar şahadəylə nahar etmək üçün cəmi 10 ümumi, 2 VİP yer nəzərdə tutublar və hər biletin qiyməti 100 min dollar olacaq.

VİP yerlərin sahibləri şahzadə və xanımıyla bilavasitə söhbət etmək imkanı qazanacaqlar.

Xeyriyyə gecəsindən əldə olunan bütün pullar Uilyam və Ketrinin də məzunu olduğu Sent-Endryu Univeritetinin fonduna köçürüləcək.

Bundan əlavə, Britaniya kral ailəsinin üzvləri səfər zamanı “Kral ailəsinin amerikalı dostları” təşkilatını ziyarət edəcək və NBA basketbol oyununda olacaqlar.

madonnanin-sevgilisi

//axsam.az

loading...
SHARE
Şərh yaz