loading...

Max Factor brendi öz yeni siması kimi 50-ci illərin kino ulduzu Merilin Monronu seçib.

Ölümündən 50 il keçməsinə baxmayaraq Merilin Monro adı dillərdən düşmür. Bu il Max Factor-un siması olaraq Norma Cinin Merilin Monroya bu kosmetik vasitələrin köməyi ilə çevrilməsi nəzərdə tutulub.

 Renata Litvinova ad günündə ən yaxşı obrazları

Aktrisa bu brenddən hələ 40-cı illərdən etibarən istifadə etməyə başlamışdır. O zaman brend Los-Ancelesdə Hollivud bulvarında gözəllik salonuna sahib idi. Bu salonda tez- tez yeni aktisalığa başlayan xanımlar bəzənirdilər. Bu markanın təmsilçiləri iddia edirlər ki, o vaxtlar brendə rəhbərlik edən kiçik Maks Faktor Merilin Monronun elə bir obrazını yaratdı ki, bu onun vizit kartına çevrildi. Baxmayaraq ki, məlumdur ki, Merilinin saçlarını platin rəngə boyayan Silviya Barnxart başqa salonda işləyirdi.

Reklam kampaniyası brend təmsilçilərinin obraz dəyişikliyindən ibarət olacaq. Artıq ilk  Merilin obrazına çevrilmə şəbəkələrdə yayımlanmışdır. Onu instaqram səhifəsində 2014-cü ildə Max Faktorun siması olan Kendis Sveynpol yerləşdirmişdir.

Max Faktorun kreativ direktoru Pet MakQrat bildirir ki, Merilin Monronun make-up tərzi hələ də aktual olaraq qalır.

 

loading...
SHARE
Şərh yaz