Mebellərin təzə və parlaq görünməsinin üsulları

loading...

Cilalanmış mebelin tozunu hər gün silmək lazımdır. Milçək qonmuş yerlər ağ çaxırda azca isladılmış əski silinir. Cilalanmış mebelə su vurmaq olmaz. Belə mebellə ehtiyatlı olmaq lazımdır, çünki spirt, ətir, dırnaq lakından düşmüş ləkələri ev şəraitində təmizləmək olmur.
Qırmızı ağacdan düzəldilmiş mebelin ləkələrini təmizləmək və onu təzələmək üçün ayıpəncəsi yağı ilə silmək lazımdır.

Qoz ağacından düzəldilmiş mebelə zeytun yağı və qırmızı çaxırdan ( eyni bərabərdə ) hazırlanmış məhlul sürtür, quruduqdan sonra yumuşaq yun əski ilə parıldayana kimi silirlər. Mebeldə olan bəzək yerlərindən tozu təmizləmək üçün, rəngsaz fırçasından istifadə edilir. Qızdırıcı cihazların da tozunu belə almaq lazımdır.

Yağlı boya və ya emal çəkilmiş mebellər kəpək həlimi ilə silinir. Sonra üstünə kətan yağı çəkir və yumuşaq əski ilə silirlər.

Adi mebelin üzərində əmələ gələn qabarcıqları aradan qaldırmaq üçün qabarçığın üzərinə bir neçə qat kağız qoyur və isti ütü ilə ütüləyirlər. Cilalanmış mebelləri isə bu yolla aradan qaldırmaq olmaz, yaxşı mütəxəsis çağırmaq lazımdır.

Dekorativ parça çəkilmiş mebellərdən çirk və ləkələri paltaryuyan tozlardan biri ilə təmizləmək olar. Əskini məhlula batırıb çirkli yerləri sürtür, sonra təmiz əski ilə silib qurudurlar. Yağ ləkələrini təmizlənmiş benzinlə silmək olar.

Məxmər çəkilmiş mebeli tez-tez şotka ilə silmək məsləhət deyil. Onu hər gün xovu istiqamətində təmiz yumşaq əski ilə silib və ayda bir dəfə şotka, ya da tozsoranla təmizləmək lazımdır.

Mebelin üzərində xırda deşiklər və narın ağac tozu əmələ gəlirsə, deməli, mebelə ağacqurdu düşüb. Onunla mübarizə aparmaq lazımdır, yoxsa mebel korlana bilər. Bunun üçün 4 hissə skipidara 1 hissə ağ neft , parafin və azca naftalin töküb məhlul hazırlayır və həmin məhlulu bir neçə dəfə əmələ gəlmiş deşiklərə tökürlər. Fikir vermək lazımdır ki, deşiklər mütləq tutulsun.

loading...
Şərh yaz