“Mən sevişdim, ailəm izlədi”

loading...

Hollivudda son zamanlar populyarlaşan aktrisalardan olan Şeylin Vudli açıqlamaları ilə gündəmə gəlib.

Tomas Ceyn və Eva Qrin ilə birgə baş rol oynadığı “White Bird In A Blizzard” adlı filmdəki sevişmə səhnələrindən danışan aktrisa valideynlərin həmin kadrları izlədiklərini bildirib:

“Anam və atam filmi izləyib. Onların sevişmə səhnələrini izləməsini istəmirdim. Ancaq onlar izlədilər və bəyəndilər”.

Gənc ulduz bədənini bəyəndiyini və bundan sonra da açıq-saçıq səhnələrə çəkilə biləcəyini vurğulayıb.

Aktrisa sevişmə səhnələrinə çəkildikdə özünü çox yaxşı hiss etdiyini deyərək pərəstişkarlarını təəccübləndirib:

“Bu çox çılğın fikirdir. Ancaq mən o səhnələrə çəkilərkən özümü çox yaxşı hiss etdim. Bədənimizə makiyaj etməmişdilər. Onsuz da makiyaja ehtiyacım yoxdur, 22 yaşım var. Döşlərim möhtəşəmdir, büstqalterə ehtiyac olmadan dik qalırlar”.

loading...
Şərh yaz