loading...

Aktrisa Gonca Vuslateri Türkiyədə terror hadisələrinə münasibət bildirmədiyi üçün təhqir və tənqid olunmasına sərt reaksiya göstərib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa hadisələrdən təsirlənsə də, hislərini paylaşmağı sevmədiyini bildirib:

“Yazırlar ki, niyə kədərlənmirsən? Daha sonra təhqirlər, söyüşlər, insanın ürəyini sındıran cümlələr işlədirlər.

gonca-vuslateri_0
Ürəyimi ağrıdan şeyi ürəyimdə yaşamaq istəyirəm. Atası, babası, əmisi, dayısı zabit, polkovnik olan bir ailənin övladıyam. Ağrını və kainatın planını biz yaratmamışıq. Ölkədə insanları əzirlər, alçaldırlar. Buna “dur” deyəcək bir güc yaratmalıyıq. Sevgiylə, ədalətlə, köməkləşərək buna nail ola bilərik. Əgər belə olmasa, mən öləndə yasımda xahiş edirəm ki, yaxanıza öz fotonuzu asın”.

loading...
SHARE