Meningit xəstəliyinin ilkin göstəriciləri

loading...

Beyindəki iltihab proseslərindən yaranan və dəhşətli baş ağrıları ilə müşahidə olunan meningit xəstəliyinin simptomlarını nəzərinizə çatdırırıq:

1. İstənilən infeksion xəstəliyin fonunda (suçiçəyi, qızılca, məxmərək, epidemik parotit, kəskin respirator infeksiya, herpes infeksiyası və s.) ürəkbulanmsı və qusma ilə müşayiət olunan güclü baş ağrıları.

2. Yüksək hərarətin fonunda boyun və bel nahiyəsində ağrılar.

3. Yuxululuq, ürəkbulanması, qusma.

4. Qıcolmalar.

5. 1 yaşına kimi olan uşaqlarda – qızdırma + monoton ağlama + əmgəyin qabarması.

6. Yüksək hərarətin fonunda istənilən formada və ölçüdə səpgilərin olması (xüsusilə səpgilər kiçik qansızmalara oxşadıqda və sürətlə əmələ gəldikdə).

Meningitin dəqiq diaqnozu likvorun (baş və ya onurğa beynində olan maye) müayinəsi zamanı qoyulur. Likvorun müayinəsi həmçinin meningitə səbəb olan törədicini təyin etməyə imkan verir. Bu isə müalicənin taktikasının seçimində əsas rol oynayır. Məsələn, əgər meningitin səbəbi bakteriya olarsa, antibiotiklər istifadə olunacaq. Bundan əlavə müalicə zamanı digər vasitələr də istifadə olunur (iltihabəleyhinə, beyin hüceyrələrin fəaliyyəti yaxşılaşdıran, kəllə daxili təzyiqi azaldan və s. preparatlar).

Meningit keçirilmiş insan bir neçə il ərzində nevropatoloqun nəzarəti altında olmalı və ildə bir neçə dəfə müayinədən keçməlidir.

Meningitə vaxtında diaqnoz qoyulduqda və müalicə dərhal başladıqda xəstəlik tam müalicə olunur.

loading...
SHARE
Şərh yaz