loading...

Menustrasiyanın mütəmadiliyi hər bir xanım üçün çox önəmlidir. Böyüyən yumurta hüceyrəsi östrojen və progesteron çıxarır. Bu hormonların təsiri ilə rəhm içərisindəki toxu hamiləliyə hazırlanmaq üzrə qalınlaşmağa başlayır. Qadın hamilə qalmadığı hər ay bu toxumanı təxminən 60-80 ml qan ilə birlikdə atır. Bu mexanizm müxtəlif səbəblərə bağlı olaraq pozula bilir.

Hormonal səbəblərə bağlı nizamsız qanamalar “disfonksiyonel qanama” olaraq adlandırılır. Polip, miyom, endomterium (rəhm) xərçəngi və hiperlazi (rəhmin iç divarının qalınlaşması) kimi patoloji səbəblərlə qanama nizamsızlıqları da görülə bilir. Xəstənin şikaytəni qeyd edilib müayinəsi reallaşdırıldıqdan sonra qanama nizamsızlığının səbəbi ortaya çıxır. Əgər səbəb patolojisə müalicədə cərrahı ön plana çıxır və ya histereskop üsulu ilə polip ya da miyom alınır. Funksional bir qanama isə hormonlar dərman müalicəsi ilə düzəldilməyə çalışılır.

Menustrasiya pozğunluğunun səbəbləri:

Xəstəlik

Keçirilən ani, qısa, ya da uzun müddətli xəstəlik menstruasiyanın gecikməsinə səbəb ola bilər. Bu vəziyyət müvəqqətidir. Xəstə sağaldıqdan sonra menstruasiya yenidən nizama düşür.

Stress

Stress həyatınızdakı bir çox şeyə təsir edə bilər. Bunlardan biri də menstruasiyadır. Bəzən o qədər çox stress və gərginlik yaşayarıq ki, bədənimiz GnRH adı verilən hormonun (yumurtalığın funksiyalarını nizamlayan hormon) səviyyəsini azaldar.

İstifadə edilən dərmanlar

Yeni və fərqli dərman qəbulu menstruasiyanın gecikməsinə və ya kəsilməsinə səbəb ola bilər. İstifadə edilən dərmanların əks təsirləri haqda həkimlə məsləhətləşmək vacibdir.

Gündəlik həyat nizamında dəyişmə

Gündəlik həyatın təkrarlanan və nizamlı proqramında dəyişiklik etmək menstruasiyada gecikməyə səbəb ola bilər. Uzun sürən iş saatları, yuxusuz qalmaq buna səbəb ola bilər.

Çox kök olmaq

Artıq çəki menstruasiyanın nizamının dəyişməsinə və ya tamamilə dayanmasına səbəb ola bilər. Bir çox qadın bir az arıqladıqdan sonra yenidən normal nizama geri dönür.

Çox arıq olmaq

Bədəndəki yağ nisbəti kafi səviyyədə deyilsə, menstruasiya nizamlı olmaya, ya da tamamilə dayana bilər. Bu vəziyyətə amenore adı verilir. Ümumiyyətlə, çəkinin bir az artması menstruasiya nizamının normallaşmasını təmin edir. Bu vəziyyət həddindən artıq idman edən və ya professional idmançı olan qadınların yaşadığı menstruasiya gecikməsinin ən geniş yayılmış səbəbidir.

loading...
Şərh yaz