loading...

Həyatıyla, etdikləriylə, sevgiləriylə və hətta ölümüylə sirrli Monro bu gün belə cazibədarlığın və ehtirasın simvolu olmağa davam edir…

Yaratdığı tərzi hələ də təqlid edilməyə çalışılan Marilin Monro bir çox qadının seksepalite deyiləndə idealı halına gəldi və kişiləri duruşuyla sehirləyə bilir. Belə bir istisnanın yaratdığı tərzi araşdırmaqda moda adına fayda var. Monronun ən sevdiyi rənglər bej, krem rəngi, qara, ağ və təbii ki, qırmızı olaraq sıralanır.

Bunlarla bərabər parlaq rənglər də favoritləri arasında iştirak edirdi. Məsələn; “Kişilər sarışınları sevir” filmindəki çəhrayı parlaq paltarının öz şkafından bir parça olduğunu söyləyə bilərik.

Ağ kürk şalları

monro 1

Bu günlərdə təkrar moda olan qələm ətəklər Monronun gündəlik həyatda tez-tez balıqçı sviterləri ilə kombinlədiyi parçalardan biridir. Qadına xas və cazibədar geyim tərzini hər zaman aksesuarlarla rəngləndirən Marilin Monronun imtina edilməzləri arasında ağ kürk şalları ilk sıradadır. Keçmişə dönüşün yaşandığı bu gününü modasında sadə bir geyim tərzini siz də bu cür şallarla bəzəyə bilərsiniz.

Monronun bu günə qədər ən çox danışılan saçları qızıl sarısı rəngində olub. Olduqca balanslı üzü ilə su dalğası modelini yaratdığı qısa saçları onunla bütünləşmiş və tərzinin bir parçası halına gəlmişdir.

monro

Ağ göz layneri

Etdiyi qüsursuz makiyaja gəlincə isə gözaltlarına sürdüyü aydınladıcı və istifadə etdiyi müəyyən belə olmayan bir tonal krem ilə işıltılı bir dəriyə sahib olmasını təmin edir. Monro o dodaqlara sahib ola bilmək üçün 5 qat dodaq boyasından istifadə edərmiş. Təbii ki, bu, artıq sıx rujlarla kompensasiya edilə bilər. Gözlərinizin onunku kimi ön planda olmasını arzulu edirsinizsə, açıq qəhvəyi bir kölgə təklif edirik. Açıq rəngli bədənlilər üçün Monronun istifadə etdiyi ağ layner ilə gözlərini daha iri göstərmələri mümkündür.

/// Sevil

loading...
SHARE
Şərh yaz