loading...

Hollivudun ovsunlayıcı gözəlliyiylə indinin özündə belə ağılımızdan çıxmayan Monro qadınların öz stillərini yaradarkən tez-tez ilham aldığı bir cazibədarlığa sahibdir.

Hormonlu gözəllik kremi

Merlin Monro haqqında yazılanlara görə, gözəl xanım dərisinin parlaq bir görünüşə sahib olması üçün hormonlu bir gözəllik kremi istifadə edirmiş. Bu kremin ehtiva etdiyi hormonlar sayəsində Monronun dərisində incə bir qat tüklənməyə səbəb olurmuş və bu ağ tüklər kamera işıqlarında məşhur aktrisanın dərisinə gözəl bir işıltı yayırmış. Hormonlu gözəllik kremlərindən istifadə etmək çox da geniş yayılmasa da, dəriyə parlaqlıq verən makiyaj məhsullarına üstünlük verə bilərsiniz.

Özünüzə uyğun dodaq boyasını seçin

Monro deyiləndə ağlımıza gələn ilk şeylərdən biri təbii ki, qırmızı dodaq boyasıdır. Aktrisanın bütün fotolarında dodağında qırmızı  dodaq boyası olduğunu görə bilərsiniz. Ancaq hər hansı bir qırmızı boya sizin üçün uyğun olmaya bilər. Makiyaj mütəxəssisləri dodaq boyası seçimində dəri tonunuza və gözlərinizin rənginə uyğun bir qırmızı tonu seçməyinizi tövsiyə edir. Mavi gözlülər üçün real qırmızı tonunu istifadə edərkən, ala və yaşıl gözlü xanımlar qırmızının narıncıya yaxın tonlarını və qəhvə rəngli gözlərə sahib şəxslər də qırmızının moruğu tonlarını istifadə edə bilər.

Marilyn-Monroe-Makeup-6

Qüsursuz olmağa çalışmayın

Merlin Monro sizi gözəl edən şeylərin fərqlilikləriniz olduğunu və bu xüsusiyyətlərinizi sevməyinizi nəsihət edərmiş. Digərləri kimi görünmək əvəzinə özünüzü xüsusi edən tərəflərinizi ortaya çıxarın. Beləcə, öz gözəlliyinizi olması lazım olduğu kimi əks etdirə biləcəksiniz. ///Sevil

loading...
SHARE
Şərh yaz