Məryəm Üzərli haqqında maraqlı faktlar

loading...

“Möhtəşəm 100 il” serialının baş qəhrəmanı olan Məryəm Üzərlinin 12 avqust tarixində 31 yaşı tamam oldu. Bu gözəl xanım bütün dünyada milyonlarla tamaşaçının ürəklərini fəth edə bilib. Sizə Məryəm Üzərlinin həyatı haqqında maraqlı faktları təqdim edirik.

Məryəm Üzərli Almaniyada bir neçə serialda oynamış heç kəsin tanımadığı bir aktrisa idi. Lakin “Möhtəşəm 100 il” serialının çıxışından sonra aktrisa Sultan Suleymanın Osmanlı İmperiyasının idarəsi haqqında tarixi layihədə baş rol oynayaraq hər kəsin sevgisini qazana bildi.

Uşaqlığı haqqında

Məryəm Üzərli Almaniyanın paytaxtı Berlində anadan olub. Onun anası Ursula alman, atası Hüseyin isə türkdür. Məryəm ailədə dörd uşaqdan ən kiçiyidir. Özünün sözlərinə görə onun uşaqlıq illəri çox xoşbəxt keçib.

Uşaq vaxtı Məryəm polis, həkim və aktrisa olmaq istəyirdi. Öz müsahibəsində aktrisa deyib: “Mən düşündüm ki, əgər teatrda və kinoda oynasam, bu zaman bütün bunları birdən reallaşdıra biləcəm”.

Karyerası haqqında

Məryəm Berlində istedadlı uşaqlar üçün incəsənət məktəbində təhsil alıb, 1999-cu ildə isə aktyorluq kursunun ən gənc tələbəsi olub.

Məryəm diplom aldıqdan sonra teatr səhnələrdində oynayıb, bir neçə alman reklamlarında, serialında və kinolarda çəkilib. Lakin aktrisanı “Möhtəşəm 100 il” serialında “Xürrəm” rolu məşhur edib. Məryəm serialda yalnız üç il çəkilib və bir sıra səbəblərdən serialdan ayrılıb (hamiləlik, güclü depressiya).

Şəxsi həyatı haqqında

Hələ kollecdə oxuyarkən Məryəm Osan adında gənc bir türk ilə tanış olur və 6 il onunla eşq macərası yaşayır. Lakin Osanın ədəbsiz şərhlərlə müşayiət etdiyi birgə məzuniyyət şəkilini jurnalistlərə satdıqdan sonra cütlüyün münasibəti bitir.

2012-ci ilin sonunda, Məryəm “həyatın sevgisi” ilə rastlaşır. Lakin biznesmen olan Can Ateş ilə ehtiraslı roman 1 ildən də az davam edir və Məryəm depressiyaya düşür. Bodrumda əyləncə gecəsində  dalaşdıqdan sonra Məryəm özünü xaosdan xilas etmək üçün Almaniyaya geri qayıdır.

Hamiləliyi haqqında

Planlaşdırılmamış hamiləlik Məryəm Üzərlinin və Can Atəşin münasibətlərini daha da çətinləşdirdi. Can Məryəmə abort etməyi məsləhət görsə də o bunu etmədiyinə görə onlar həmişəlik ayrıldı. Məhz bu vaxt Məryəm Almaniyaya öz valideynlərinin yanına qayıtdı.

Aktrisanın hamiləliyi çox çətin keçib. İlk aylar o xüsusi klinikada reabilitasiya olunub.

Fevral ayının 10-da Məryəmin Lara adlı qızı dünyaya gəlir. Lakin körpənin atası onu qəbul etməkdən imtina edir.

Gözəllik, stil, maraq və vərdişləri haqqında

Hal-hazırda Məryəm Berlində yaşayır və müsahibəsində dediyinə görə İstanbul üçün heç darıxmır.

İstənilən xanım kimi aktrisanında öz gözəllik sirləri var ki, o hətta çox yorğun olsa belə onlara ciddi riayət edir. “Kosmetikadan mən yalnız nəmləndirici kremdən istifadə edirəm və həftədə bir dəfə saçlarım üçün bərpaedici maskalar hazırlayıram. Mən tez və praktiki makiyaja üstünlük verirəm ki, o da cəmi 5-10 dəqiqə vaxt aparır.”

“Mən istədiyim kimi geyinirəm. Hər şey mənim səhər oyandığım əhval-ruhiyyədən asılıdır. Geyim seçimində mənim üçün tabu yoxdur.”

Xanımın maraqları da həmçinin sadədir: Məryəm kitab oxumağı, yemək hazırlamağı və səyahət etməyi çox sevir.

loading...
Şərh yaz