Məryəm Üzerli yoxsa ƏSL vərəsə Roksan Kunter?

loading...

Sən demə, baş rolda Osmanlı imperiyasının əsl vərəsəsi kimi Süleyman və Hürrəmin uzaq qohumu, 30 yaşlı Roksan Kunter çəkilməli idi. Onun babası 2-ci Abdul Həmid Sultanın nəvəsidir. Lakin, müəyyən səbəblərə görə Roksan çəkilişlərdə iştirak edə bilməmişdir. İndi Roksan məmnuniyyətlə bu dastanı izləyir və hesab edir ki, Məryəm Üzerli bu rolu kifayət qədər gözəl oynamışdır.

Roksan Kunter İstanbulda doğulub və o, öz nəsli və ailə tarixi ilə qürur duyur. Onun anası böyük kosmetoloji kompaniyada, atası isə milli basketboll komandasında məşqçi çalışır. Hətta Roksan özü də idmanın bu növü ilə məşğul olur və bu idman növündə böyük uğurlar əldə etmişdir. Hal-hazırda o televiziyada idman xəbərlərinin aparıcısı kimi çalışır, həyat yoldaşı da onun kimi öz həyatını televiziyaya bağlayıb. O , kanalların birində ictimaiyyət üzrə mütəxəssis kimi işləyir.

Babam həmişə mənə təvazökar olmağı, əslinə görə özümü başqalarından üstün tutmamağı öyrətmişdir. Onun üçün ən vacibi övladlarına və nəvələrinə düzgün maneralar və düzgün dəyərlər aşılamaq idi.

Biz adi şərtlər altında yaşayırdıq. Baxmayaraq ki, mən ailə tariximi bilirdim və onunla fəxr edirdim, amma heç bir üstünlüklər hiss etmirdim deyə Roksan Kunter açıqlama verib.
roksan

Osmanlı Sülaləsinin digər varislərinin həyatı müxtəlif cür oldu. Belə ki, Şahzadə Orxan Murad Osmanoğlu anadan olandan İngiltərədə yaşayır. O, sərmayə kompaniyasının sahibdir. İndi o, Bekimqemşir qraflığında sevimli arvadı və iki övladı ilə yaşayır.
osmanli

Nəslin axırıncı vərəsəsi , Osmanlı imperiyasının süqutu zamanı doğulan 4-cü Sultan Məhmədin nəvəsi Fatma Nazlışah Osmanoğlu Sultandır. Xanım 92 il yaşayıb, 2012-ci ildə vəfat etmişdir. Ona həyatında Osmanlı İmperiyasının sonuncu şahzadəsi olmaq, sürgündə olmaq, Misir şahzadəsi ilə evli olmaq, Misir imperiyasının şahzadəsi olmaq, Misir respublikasının yenidən qurulmasını yaşamaq və yenidən vətənə qayıtmaq qismət olmuşdur.
Fatma Nazlışah

loading...
Şərh yaz