Məşhur aktyor dünyasını dəyişdi

loading...

Tanınmış Hollivud ulduzu, Oskar mükafatı alan aktyor Robin Uilyams evində ölü tapılıb.

Kaliforniya polisi aktyorun özünü asaraq intihar etdiyini bildirib. Aktyorun həyat yoladaşı Susan Şneider onu sonuncu dəfə ötən gün səhər saat 10:00-da gördüyünü bildirib.

Polislərin çağırışı ilə evə gələn həkimlərin müdaxiləsinə baxmayaraq Uilyams sağ qalmayıb. Həkimlər məşhur ulduzun oksigen çatışmazlığından öldüyünü düşünür.

Aktyorun dünyasını dəyişməsinin əsl səbəbi isə araşdırmalardan sonra dəqiqləşəcək.
Robbinin köməkçisi onun bir müddətdir depressiyada olduğunu bildirib.

Həyat yoldaşı mediaya açıqlamasında “Həyat yoldaşımı, ən yaxın dostumu itirdim. Dünya isə ən sevilən və gözəl insanlardan birindən oldu” deyə bildirib.

Qeyd edək ki, Robin Uilyams bu günə kimi “İlin adamı”, “Muzeydə gecə”, “Qalib”, “Keçmişin sirri”, “Yenidən ölmək” kimi filmlərdə rol alıb.

loading...
Şərh yaz