Məşhur Hollivud ulduzu QİÇS xəstəsi imiş

loading...

“National Enquirer” dərgisinin ad çəkmədən Hollivud uldzularından birinin QİÇS xəstəsi olması ilə bağlı xəbəri gündəmi alt-üst edib.

Dərginin verdiyi ip ucları haqqında danışılan şəxsin tanınmış aktyor Çarli Şinin olması dedi-qodularına səbəb olmuşdu.

Ötən həftə isə İngiltərənin “The Sun” qəzeti adı açıqlanmayan ulduzun vəkillərinin artıq keçmiş həyat yoldaşlarının məhkəməyə müraciət etmələrinə qarşı tədbirlər görməyə başladığını yazmışdı.

Dünya mediası məsələ ilə bağlı Şinin açıqlamasını gözləyirdi. Hollivud ulduzu gözlənilən açıqlamanı isə “Today” qəzetinə verib. Çarli 4 ildir “HİV pozitiv” virusunun daşıyıcısı olduğunu etiraf edib:

“Mən bu sensasiyaya birdəfəlik son qoymaq istədim. Bəli, mən Hiv-pozitiv daşıyıcısıyam. Xəstəliyim haqda isə yalnız güvəndiyim insanlara demişəm”.

Qeyd edək ki, indiyədək bir çox qadınla münasibətdə olan Çarli Şin xəstəliyin ona tanımadığı iki qadınla cinsi əlaqədə olduqdan sonra yoluxduğunu bildirib.

//axsam.az

loading...
SHARE
Şərh yaz