loading...

Bakıda üzərində Qarabağa aid ornamentlər əks olunan qalstuklar satışa çıxarılıb. İtaliyanın məşhur “Andrew’s Ties” brendi Azərbaycan və Gürcüstan üzrə rəsmi təmsilçisi “La Cravatte Italiana” şirkətinin sifarişi ilə “Qarabağ” və “Xarı bülbül” mövzulu qalstuklar istehsal edib.

“Qarabağ” qalstukunun üzərində Ermənistan tərəfindən işğal olunmuş rayonların adları, Xarı bülbül gülü, tar, kaman, qaval, dəbilqə və Qarabağ atının təsvirləri həkk edilib. Bu qalstukun quyruq hissəsində Qarabağ xalçalarının ornamentləri yerləşdirilib.
11046878_851969758190833_3460091849463936691_n
Şuşanın, eləcə də bütövlükdə Qarabağın rəmzi hesab edilən Xarı bülbül gülünə isə ayrıca qalstuk həsr edilib.

Hər iki qalstuk Qarabağ seriyasındandır, astar hissəsində ingilis dilində “Qarabağ, Azərbaycan” sözləri yazılıb.

Qeyd edək ki, şirkət ötən il Qarabağ xalça və kiliminin qalstuk üzərinə köçürülməsini həyata keçirib. Brend 2013-cü ildən Azərbaycanda təmsil olunur.

11058274_857698340951308_2772467974298468917_o

11800143_857698417617967_295311843032815760_n

 

loading...