loading...

Mezoterpiyanın növləri, faydaları və çatışmazlıqları ilə tanış olaq. Xanım.net bu sualla yerli kosmetoloqlardan biri olan Günel Məmmədovaya müraciət edib:

 Mezoterpiya- üzün problemli hissələrinə preparatın yeridilməsinə deyilir. Adətən mezoterpiyadan sonra xanımların reaksiyası müsbət olur.

Bu iynələrin əsas iş prinsipi dəri hüceyrələrinin işini stimullaşdırma olur. Ancaq mənfi cəhəti odur ki, yaşla əlaqədar baş verən dəyişikliklər nəinki dəridə, əzələ və sümük toxumasında da baş verir. Mezoterapiya isə ona təsir edə bilmir. Lakin bununla dərinin strukturunu yaxşılaşdırmaq, quruluğu aradan qaldırmaq və sağlam görünüş vermək olar. Üz dərisinin mezoterapiyası effektlidir. Bir qayda olaraq mezokokteyllər tibbi preparatlardan hazırlanır, təbii komponentlərdən deyil. İynənin növündən asılı olaraq dərini sakitləşdirən, qırışları açan, qan damarlarımı möhləmləndirən, ləkələri aradan qaldıran, dəri relyefini düzəltmək üçün istifadə olunanlar mövcuddur.

Unutmayın ki, əgər dəridə iltihablanma varsa, mezoterpiya etmək olmaz. Prosedurların sayı dərinin problemindən asılıdır. Cavanlaşdırıcı və ağardıcı prosedur üçün ildə 5-10 fasilə ilə 6-10 seans tələb olunur. Mezoterpiyanın effektini yaş əleyhinə kremlər və tədbirlərlə dəstəkləmək lazımdır. Onu da deyək ki, mezoterapiyanı tədbirdən bilavasitə əvvəl etmək olmaz, çünki ondan sonra bir qədər göyərmə və qızartılar meydana çıxa bilər. Onları aradan qaldırmaq üçün adi kremin əvəzinə pantenol çəkin.

Yeni ən orijinal kokteyllər

Mesoline Refresh- dəri qırışları və quruluğundan azad olmağa kömək edən bu kokteylin tərkibində hialuron turşusu ilə yanaşı DNT hissəcikləri, pantenol və vitaminlər var.
Meso-Wharton, Meso-Xanthin və Jalupro inyeksiyasının tərkibində biorevitalizantlar, peptidlər və amin turşular vardır. Onlar kollagen əmələ gəlməsini stimullaşdırır, dərinin nəmlənməsini təmin edir və qırış və piqment ləkələrini aradan qaldırır.

loading...
Şərh yaz