Mikrodalğalı soba üçün hansı qab-qacaqdan istifadə etmək lazımdır?

loading...

Farfor, şüşə, həmçinin keramikanın bir çox növləri qab-qacağın istiliyə davamlı növü hesab edilir. Sadaladığımız avadanlıqlar yalnız kombinə edilməmiş tip mikrodalğalı sobada istifadə oluna bilər.

Amma qab-qacağın bəzi  növləri daha bahalı və odadavamlı materiallardan istehsal edilir. Onları uyğunlaşdırılmış mikrodalğalı sobalarda, həmçinin adi sobalarda qidanın hazırlanması üçün istehsal edilirlər.

Yuxarıda göstərilən qab-qacağı kəskin temperatur fərqlərinə məruz qoymaq qadağan edilir. Yenə də farfor, keramika və şüşə mikrodalğalı sobada qidanın hazırlanmasına ən yararlı hesab edilir. Bundan başqa, onlar qab-qacağın ən gigiyenik və ekoloji növü hesab edilir.

Mikrodalğalı soba

Əgər şüşə servizlərdən istifadə etmək istəyirsinizsə, onda hamısından yaxşı onun ağ tutqun tipindən hazırlanan  fincanlar və boşqablar məsləhət görülür. Belə avadanlıqların ən yaxşısını  İspaniyada istehsal edirlər. Adi şüşə qab-qacaq yalnız qızdırmaq və buzun açılması  üçün yararlıdır.

Mikrodalğalı sobalar üçün keramika məmulatları çox yarayır. Onlar tamamilə şirəylə örtülmüş olmalıdır, həmçinin çatlara və qəlpələrə malik olmamalıdırlar. Əks təqdirdə o qeyri-müntəzəm qızdığından çatlayacaq.

Keramika qab-qacağında hamburgerlər, kotletlər, omlet və ya əzmələr hazırlamaq mümkündür.

Amma farfor qab-qacağında birinci yeməklər  kimi ikinciləri də qızdırmaq çox rahatdır. Dərhal onları masaya vermək üçün yeməkləri belə boşqablarda qabaqcadan qoymaq lazımdır. Farfor fincanlarda qızdırılmış pivəni və ya südü vermək çox yaxşıdır. Onlarda qəhvəni tez bişirirlər.

Həmçinin penoplastdan və kağızdan da avadanlıq mövcuddur. Onu mikrodalğalı sobaya qısa müddətə qoymaq tövsiyə edilir. Bu zaman  onları mikrodalğalı sobada nəzarətsiz qoymaq olmaz.

Mikrodalğalı sobanı alarkən, keyfiyyətli qab-qacağın mövcudluğuna diqqət göstərin!

loading...
SHARE
Şərh yaz