Mimik qırışlardan necə qurtulaq?

loading...

Mimik qırışlar zamanla hər bir insanda meydana çıxır, bu qaçılmaz prosesdir. Onların yaranması yalnız genetik və xarici amillərdən deyil, həm də bizim vərdişlərimizdən asılıdır. Bəzi xanımlar alını tez-tez qırışdırır və ya gözlərini qıyırlar ki, bu da mimik qırışların yaranmasına gətirib çıxarır. Yoxlanmış təbii vasitələrin köməyi ilə onların yaranmasının ehtimalını azaltmaq və qismən də olsa olanlardan qurtulmaq olar.

Mimik qırışlar üçün üz maska:

1 xörək qaşığı düyü ununu bir çay qaşığı xama ilə qarışdırırıq, üzərinə bir doğranmış qreypfrut meyvəsinin ətini və bir çay qaşığı zeytun yağı əlavə edib yaxşıca qarışdırırıq. Alınmış qarışığı iyirmi dəqiqə ərzində üzdə saxlıyıb daha sonra ilıq su ilə yumaq lazımdır.

loading...
Şərh yaz