loading...

Mobil telefonun ziyanını, onun müasir insanın ayrılmaz hissəsi olduqdan sonra daha çox müzakirə  etməyə başladılar. Zamanla insanlar arasında olan bu müzakirələr  bütün dünyada bir çox alimlərin müzakirələrinə səbəb oldu. Sizə bu mobil telefonların ziyanı haqqında bəzi məşhur versiyaları təqdim edirik.

Mobil telefonun insanın beyinində şişin inkişafına təsirini həqiqətən sübut edən hələ heç bir elmi araşdırma yoxdur.

Mobil telefonların ziyanı varmı?

Orqanizm üçün mobil telefonun ziyanı ətrafında çox mübahisələr gedir. Mobil telefonları beyində şişlərin inkişafında, immun çatışmamazlığının inkişafında və hətta stomatoloji plombların dağıdılmasında belə ittiham edirlər. Sağlamlıqla bütün problemlərin məhz mobil vasitələr ilə əlaqəli olmasını qeyd etmək artıq dəb halını alıb. Bir vaxtlar hətta hamilə qadınların çox danışmaları nəticəsində mobil telefonları hətta “Edvards” sindromunun formalaşmasında ittiham edirdilər (xromosoma xəstəliyi).

Lakin mübahisələrə baxmayaraq mobil əlaqədən istifadənin ciddi ziyanı ilə bağlı açıq-aydın qeyd olunmuş tədqiqatların nəticəsi yoxdur.

Heç bir tədqiqat hələ sübut etməyib ki, mobil telefonun istifadəsi beyin şişinin inkişafı ilə nəticələnir. Bunun əksini belə sübut edən tədqiqatlar var. Həmçinin mobil telefonların hamiləlik vaxtı körpəyə təsirini də alimlər sübut edə bilməyib.

Bəzi insanlar iddia edirlər ki, daimi sms yığımı barmaqlarda keyimə və şişlərin yaranmasına səbəb ola bilər. Mobil telefonun ziyanı, hesab edildiyi kimi, yuxusuzluğa səbəb olur və yaddaşa təsir edir. Lakin bu barədə siz heç bir tədqiqat və dəqiq sübutlar tapa bilməyəcəksiniz.

Bütün tədqiqatçıların razılaşdığı tək bir fikir var: mobil telefon daxili orqanlara təsir edə biləcək təhlükəli şüa saçır. Bəs bu zaman ehtiyat üçün hansı tədbirə riayət etmək lazımdır?

12 yaşa qədər uşaqlar və hamilə qadınlar mobil telefondan yalnız lazım olduqda istifadə etsələr yaxşıdır;

  • nömrə yığarkən və ya şəbəkə axtarışı vaxtı mobil cihazı qulağınızın yanında saxlamayın. Mobil telefonu zəngə cavab verildikdən və ya şəbəkə tapıldıqdan sonra qulağınıza tutsanız yaxşıdır;
  • danışıq vaxtı tez-tez qulağınızı dəyişin;
  • telefonunuzu üç ildə bir dəfə dəyişdirin, çünki yeni aparatlar daha da zərərsiz olur;
  • gecə telefonu söndürmək tövsiyə edilir;
  • telefonun yüklənməsi vaxtı adapter başınızdan minimum yarım metrdə olmalıdır. Telefon tam dolduqdan sonra isə onu elektrikdən ayırın;
  • mobil telefonu bədəndən uzaq, çantada və ya üst geyimin cibində saxlamaq məsləhətdir.
loading...
Şərh yaz