loading...

Yunanıstan Azad Yunanlar partiyasının deputatı Yelena Kunturaya Turizm naziri təyin edilib. Hərbçi qızı olaraq dünyaya göz açan Kuntura gənc yaşlarında atletika ilə məşğul olub. O, 11 yaşında ikən 100 metr məsafəyə qaçışda milli rekorda imza atıb. 1984-1996-cı illərdə modelliklə məşğul olan Kuntura bir çox moda atelyeləri ilə işləyib, məşhur makiyaj firmalarının siması kimi tanınıb.

ABŞ-ın CNN telekanalı tərəfindən “xaricdəki ən yaxşı 10 model” siyahısını təqdim edərkən onun da adını çəkmişdi. Kuntura ingilscə, ispanca və fransıca danışa bilir. Modellik kariyerasından sonra o, 2003-cü ilə qədər bir sıra “lifestyle” jurnalın yayım redaktoru işləyib.

nazir

loading...
SHARE
Şərh yaz