Moruq və başqa giləmeyvələrdən üz üçün maskalar

loading...

Yay vaxtı demək olar ki, bütün kosmetika bizim “ayağımız və əlimiz altındadır”. Bizim ətrafımızda olan bütün bitkilər öz ətri və dadı ilə bizi cəlb edir ki, onların hər birini sağlamlıq və gözəllik üçün istifadə etmək olar.

Moruq. Bu giləmeyvə əbədi cavanlıq və gözəllik mənbəyidir ki, onun tərkibində bütün dünyanı fəth etmiş gənclik maqiyası var. Əgər iki yay ayı ərzində moruq maskalarından istifadə etsəniz, bu zaman ən azı yarım il ərzində onun cavanlaşdırıcı effektini hiss edəcəksiniz. Vitaminlərdən başqa moruğun tərkibində qiymətli mineral maddələr və orqanik turşular mövcuddur ki, onlar dərini qidalandırır, toxumaların elastikliyini bərpa edir, hüceyrələrin rütubətini saxlayır və dərini hamarlaşdırır.uz-maskasi

İstənilən dəri tipi üçün təravətləndirici və hamarlaşdırıcı maska

Yuyunmadan əvvəl üzünüzü və boynunuzu moruqla silin. Bunun üçün cəmi 10 dəqiqə kifayətdir. Həftə sonu siz xırda qırışlardan qurtulmuş olacaqsınız.

Quru dəri üçün qidalandırıcı maska

2-3 x.q. şirəli moruq giləmeyvələrini 2-3 x.q. bal ilə qarışdırıb çalın və 20 dəqiqə ərzində üzünüzə çəkin. Daha sonra ilıq su ilə yuyunun, sonra üzünüzü və boynunuzu zeytun yağı ilə silin.

Həssas dəri üçün maska

2 x.q. moruğu 2 x.q. kəsmiklə qarışdırın, sonra 20 dəqiqə ərzində üzünüzə çəkin.

Yağlı dəri üçün nəmləndirici maska

3 x.q. moruğu 3 x.q. düyü unu ilə qarışdırıb dərinizə çəkin. Maskanı 20 dəqiqədən sonra ilıq su ilə yuyub təmizləyin.
Hər kəs bilir ki, soyuqdəymə vaxtı moruqlu çay kömək edir. Çünki moruğun giləmeyvələrində və yarpaqlarında salisil turşusu mövcuddur ki, o qanın laxtalanmasını aşağı salır. Bundan başqa C və P vitaminlərinin sayəsində moruq damarların bərkidilməsinə imkan yaradır.

Çiyələk. Kalsiumun miqdarına görə o giləmeyvələr arasında birinci yerdədir. Çiyələk ən güclü cinsi stimulyatorlarından biridir, lakin o həm də güclü allergendir.ciyelek

Yağlı dəri üçün nəmləndirici maska

2-3 çiyələyi bir yumurta ağı ilə qarışdırıb üzünüzə və boynunuza çəkin. Maskanı qabıq yaranana qədər saxlayıb sonra yuyun.

Quru dəri üçün qidalandırıcı maska

2-3 çiyələyi 1 ç.q. qaymaq və bal ilə qarışdırın. Maskanı 20 dəqiqə ərzində üzünüzə çəkin sonra ilıq su ilə yuyub təmizləyin.

Qarağat. Bu giləmeyvədə siz qlükoza, fruktoza, alma, limon, folio və askorbin turşularını, həmçinin efir yağlarını, B, C, E, K, P vitaminlərini tapa bilərsiniz.qaraqat

Yağlı və solğun dəri üçün maska

Əlinizlə bir neçə giləmeyvəni əzib üzünüzə çəkin, 20 dəqiqə sonra isə ilıq su ilə yuyub təmizləyin.

Zərif və quru dəri üçün qidalandırıcı maska

Qarağatın, bağayarpağının, cökə güllərinin, boymadərənin yarpaqlarını kofeüyüdəndə üyüdün. 4 x.q. qarışığın üzərinə xama konsistensiyası alınana qədər qaynar su əlavə edin. Maska soyuduqdan sonra üzünüzə və boynunuza çəkin, 20 dəqiqə sonra isə soyuq su ilə yuyun.

“Cazibədarlıq” maskası

1 yumurta sarısını çalıb 5-10 ədəd çiyələk, motmutu, qarağat və moruqla yaxşıca qarışdırın. Maskanı dərinizə çəkin və 20-30 dəqiqədən sonra sərin su ilə yuyub təmizləyin.

Bütün maskalardan həftədə 3-4 dəfə istifadə edin. İki aydan sonra dəriniz gözəllik və sağlamlıq saçacaq.

loading...
Şərh yaz