Mövsümün dəbli ayaqqabıları

loading...

Merilin Monro bir dəfə dedi ki: “Xanıma düzgün ayaqqabı cütünü verin və o dünyanı fəth edəcək”. Bu mövsümdə bu sözlər xüsusilə aktual səslənir. 2014-cü ilin yaz mövsümünün ayaqqabıları parlaq, cəsarətli və orijinaldır. Dəbdə parlaq neon və romantik pastel, zərif deşmə və futuristik metalik rəngdə olan, həmçinin qaytanlı və orijinal işləməli ayaqqabılardır.

Neon rəngli ayaqqabı modellərineon

Neon mövsümün dəbdə olan ayaqqabı trendlərindən biridir. Yaz ayının ən dəbli ayaqqabısı, uzaqdan belə görünən ayaqqabılardır. Parlaq çalarlarda olan hündür dabanlı yüksək platformalar, portağal rəngində olan və parlaq dəri ilə işlənmiş ayaqqabılar hər kəsi pozitivə yükləyir. Ayaqqabı dizaynerlərinin neon favoritlərinin arasında — qığılcım saçan əhəng, fuksiya, kobalt və şirəli narıncı rənglərdir. Qeyd olunan rənglərin müxtəlif uyğunluqları bu yazda çox aktual görünür.

Pastel rəngli ayaqqabılarpastel

Neon çalarlardan çəkinənlər öz qarderoblarını pastel çalarlarda olan ayaqqabılarla yeniləyə bilər. Zərif nanə, lavanda və qızılgülün çalarlarında olan açıq burunlu laklı ayaqqabılar romantik yaz obrazına çox gözəl əlavə olacaqlar. Pasten tonlarda olan ayaqqabıları, həcmli platformaları həm şalvar kostyumu ilə, həm də ki zərif libasla geyinmək olar.

Metal rəngdə olan ayaqqabılarmetal

Futuristik formalı və eyni zamanda 1990-cı illərdən olan ağır kedlər və metal çalarlı ayaqqabılar da bu mövsümün dəbli trendlərindən biridir. Lakin, indi yalnız idman modellərində deyil, həm də digər ayaqqabı növlərində də metal işləmələr çox dəbli görünür. Buna sübut da bir çox məşhur dizaynerlərin ayaqqabı kolleksiyalarında metal işləmələrdən olan çoxsaylı modelləridir.

İpli ayaqqabı modelləriipli

Cazibədar hündür dabanlı ipli ayaqqabılar bu mövsüm çox dəbli görsənir. 2014-cü ilin yaz-yay ayaqqabı kolleksiyalarında müxtəlif cür ipli ayaqqabılar təqdim olunub. Bu tip ayaqqabı modelləri müxtəlif geyimlərə uyğun gəlir, onları həm axşam dekolte libas ilə, həm adi cins şalvar və köynək ilə, və ya mini yubka ilə geyinmək olar.

Krujevalı və torlu ayaqqabılarkrujuvali

Bu tip deşmə ayaqqabılar yenidən dəbə qayıdır. Fiqurlu lazernən kəsilmiş naxışların yerinə açıq rəngdə xırda deşikli və torlu ayaqqabılar gəlir. Bu tip ayaqqabılar daha çox obraza romantik cizgilər əlavə edərək yarımşəffaf şifon donlarla xüsusən uyğunlaşır.

loading...
Şərh yaz