loading...

“Şokolad” qadın klubu növbətini görüşünü keçirib. Bu dəfəki görüşdə kluba üzv olan xanımlar “Müasir dövrdə ailə dəyərləri” mövzusunda müzakirələr aparıblar.

Görüşdə “PASSAGE” jurnalının baş redaktoru Nərminə Ağasi, sərbəst biznes konsultantlar Leyla Seyidzadə və İnarə Vəliyeva da fəxri qonaq qismində iştirak ediblər.

“Şokolad” qadın klubunun təsisçisi və rəhbəri Nigar Zeynalovanın Xanım.Net-ə verdiyi məlumata əsasən, klub oxşar fikirli və öz sahəsində uğur qazanmış xanımları müxtəlif mövzular ətrafinda bir araya toplayır.

Ayda bir dəfə müxtəlif məkanlarda maraqlı qonaqlar ilə birlikdə görüşlər təşkil olunur. Klubun üzvləri arasında menecerlər, psixoloqlar, rəssamlar, bloqerlər, jurnalistlər, həkimlər və biznes ledilər yer alır.

3 il öncə təsis olunan kluba üzvlük qeydiyyat vasitəsilə həyata keçirilir.

Qeydiyyat üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiniz: +994502820025

1926703_1118667624825988_1646007175051667566_n

 

loading...
Şərh yaz