Müdrik qadının ağıllı qadından fərqi

loading...

Qadın üçün ağıllı və haqlı olmaq həmişə asandı. Lakin ailə həyatında bəzən müdrik olmaq tələb olunur. Çünki xoşbəxtlik üçün bu vacibdir.

  Beləliklə, ağıllı qadının müdrik qadından fərqi nədir?

* Yoldaşının səhvini görən ağıllı qadın onu burnundan vurar və “bunun olacağını demişdim” deyər.

Müdrik qadın isə dəstək olar, ürək-dirək verər, hətta bəzən heç nə görməmiş kimi hərəkət edər.

* Kişinin çətin vəziyyətində :

ağıllı qadın hakimiyyəti əlinə alar və necə düzgün hərəkət etməyi öyrədər.

müdrik qadın çox incə şəkildə istiqamət verər və məqsədə çatmaq üçün dəstək verər.

* Ağıllı qadın uşaqlarına mütləq riyaziyyatı öyrətməyə başlayacaq.

Müdrik qadın isə onların hər birində şəxsiyyət görər.

* Ağıllı qadın iş yerində hamıdan yaxşı olmağa və səhv etməməyə çalışar. Bu halda işdə hamı ondan ehtiyat edəcək.

Müdrik qadın isə kollektivdə sevgi və mehriban ab-hava yaradar.

* Ağıllı qadın böyük övladlarının işinə qarışıb, soruşulmadan məsləhət verər.

Müdrik qadın isə övladlarına sərbəst həyat təcrübəsi yığmağa imkan verər və  istənilən vəziyyətdə dəstək göstərər.

* Ağıllı qadın qaynananın təsiri ilə mübarizə aparıb, valideynlərdən asılı olmadığını sübut etməyə çalışar, onlarla məsləhətlərinə görə mübahisə edər.

Müdrik qadın isə gülümsəməyi, susaraq dinləməyi və razılaşmağı bacarar. və böyüklərini incitmədən  öz bildiyi kimi hərəkət etməyi bacarar.

* Ağıllı qadın bütün dünyanı, ətrafındakı insanları dəyişməyə çalışar.

Müdrik qadın isə özü dəyişərək digərlərini olduğu kimi qəbul etməyi bacarar.

* Ağıllı qadın düşünər ki, haqlı olan xoşbəxtdir.

Müdrik qadın bilir ki, xoşbəxt olan haqlıdır.

loading...
SHARE
Şərh yaz