loading...

Dünən Nizami kino mərkəzində “Aşk sana benzer” filminin qala gecəsi baş tutub.

Xanım.net xəbər verir ki, gecəyə “Möhtəşəm yüz il” serialının “Malkoçoğlu”su Burak Özçivit və “Sünbül ağası” Selim Bayraktar, cazibədar aktrisa Fahriye Evcen və filmin rejissoru A.Taner Elhan qatılıb.

Qonaqlar tamaşaçılarla birgə filmi izlədikdən sonra jurnalistlərin suallarını cavablandırıblar.

Burak Özçivit və Fahriye Evcen bundan əvvəl “Çalıquşu” serialından sonra filmə çəkilmək arzusunda olduğunu qeyd edib.

Filmdə Fahriye Evcenin mahnı oxumasını istədiyini Burak Özçivitlə yanaşı, rejissor da istəyib: “Fahriyenin səsinin gözəl olduğunu və yaxşı mahnı oxuduğunu bilirdim və istədik ki, filmdə də mahnı oxusun”.

Filmin bir neçə səhnəsində olan səmimi kadrlar barədə suallara Burak Özçivit belə cavab verib: “Ssenariyə uyğun olaraq bir neçə səhnədə öpüşməli idik. İşlə şəxsi həyatı qarışdırmamağa və bacardığımız qədər peşəkar olmağa səy göstərmişik”. // Kamil Əmirli

IMG_0026

IMG_0054

IMG_0060

IMG_0092

IMG_0124

IMG_0128

loading...
Şərh yaz