Mükəmməl bədən üçün bəzi məsləhətlər

loading...

Amerika diyetoloqlarının tədqiqatı göstərdi ki, səhər (nahar və ya şam) yeməyində eyni yeməklərdən istifadə edənlər orta hesabla 5 gün ərzində 100 kalori daha az sərf edirlər.

  • Fotosessiya üçün ən mükəmməl vaxt gün batmasına 1 saat qalmış hesab oluna bilər. Bu zaman yarımkölgələr nöqsanlarınızı gizlədəcək, qızılı axşam işığı isə istənilən xanımı ilahə edəcək. Günorta istisi vaxtı isə fotoqraflar fotosessiya etməkdən çəkinməyi məsləhət görürlər.
  • Çox yüksək templi məşqlər etməkdənsə sadəcə məşq üçün ayırdığınız vaxtı iki dəfə artırın.
  • Otaqda fotosessiya edərək yalnız stolüstü lampanın işıqlandırılmasını saxlayaraq mərkəzi işıq sistemini azaldın. Bu zaman işıq sizin bədəninizin təbii əyriliklərinə hamarlıq verəcək.
  • Stilistlər təkid edirlər ki, qadınların 90 %-i daha çox üçbucaq formalı klassik alt geyimlərində yaxşı görünür. Belə geyimlər bədən formasını daha mütənasib edirlər. Bikini seçimi vaxtı bir qaydanı rəhbər tutun: ombalarınız nə qədər genişdirsə, bikininin yuxarı hissəsi də o qədər daha geniş olmalıdır. Şortlardan isə imtina etmək daha yaxşıdır.
  • Pastel çalarlı pedikür ayaqları vizual olaraq uzada bilər.
  • Yağlar dərini faydalı komponentlərlə zənginləşdirir, quruluğun qarşısını alır, həm də dərini daha hamar və mükəmməl edir. Xoşagəlməz yapışqan effektdən qaçmaq üçün, quru yağlardan istifadə edin.
  • Duz orqanizmdə mayenin ləngiməsinə imkan yaradır ki, bu da öz növbəsində bizi əhəmiyyətli dərəcədə daha həcmli edir. Duzu yosunlarla əvəz etmək olar, onlar yeməyə duzlu dad əlavə edəcəklər, amma bu halda şişlər yaranmayacaq.
  • Əgər siz avtoqaralmadan istifadə edirsinizsə, bu zaman yanlarına əlavə qat çəkin, çünki rəsmdə işıq və kölgənin sayəsində beliniz daha incə görünəcək.
  • Amerikalı qastroenteroloq Robin Çatken məzuniyyətdən bir həftə əvvəl tamamilə alkoqollu içkiləri, çimərlikdən beş gün əvvəl zülallı məhsulları, iki gün əvvəl isə süd məhsullarını rasiondan çıxarmağı məsləhət görür.
  • Kürəyinizi düz saxlayın ki, qarınınız dartılmış və yastı görünsün.
  • Gün ərzində 50-100 dəfə ipdən tullanın. Bu tapşırıq qaçışdan daha effektivdir və bu səbəbdən bədən formanız çox tez dəyişəcək.idman
  • Masaj yumşaq toxumalara drenaj effekti göstərir. Oturaq iş və qeyri-aktiv həyat tərzi toxumalarda mayenin durğunluğunu təhrik edir, nəticədə topuqlar, diz və bel şişir. Masajın istənilən növü praktiki olaraq effektiv sayılır.
  • Bu tapşırıq basqının əzələlərini bərkitməyə və qarını dartmağa kömək edir. Oturaraq basqının əzələlərini kəskin sıxın (təsəvvür edin ki, qarınınıza buzlu kub düşüb). Beləliklə əzələləri bir dəqiqə ərzində saxlayın. Bu halda nəfəs almağı unutmayın. Belə tapşırıqları iki həftə ərzində hər gün təkrar edin və ilk nəticələri görün.
  • Yataqdan qalxmazdan əvvəl, qarnınız üstə uzanın, əllərinizlə balışı qucaqlayın və ayaqlarınızı azca qaldırın. Ayaqlar düz, dabanlar bitişik olmalıdır. İki həftə ərzində bu sadə səhər tapşırığı ombaların dal səthini bərkidəcək.

 

loading...
Şərh yaz