Mum

loading...

Mum həmçinin qiymətli məhsul sayılır. O arıların qarnının aşağı hissəsində olan mum vəziləri ilə ifraz edilir və arı şanlarının və yuvaların tikintisi, arı şanlarının möhkəmləndirilməsi üçün istifadə olunur. Mum havada oksidləşmir, havanın nəmliyini özünə çəkmir və qurumur.

Arı ailəsində bal yığımı nə qədər bol və uzunsürən olarsa, mum o qədər çox hasil olunar. Çərçivələrdə yığılaraq arılar mum plastinlərindən yeni arı şanları tikir.

Yeni tikilmiş arı şanları açıq-sarı rəngdə olur və təxminən 100% təmiz mumdan ibarət olur. Zamanla arı şanları qaralır (köhnəlir). İkiillik istifadədən sonra arı şanları qəhvəyi rəng alır, daha sonra isə əvəz olunmadıqda qaralır. Arı şanlarının çəkisinin 250-300 q qədər artımı əsasən qeyri mum maddələrinin hesabına olur (bu baramaların hüceyrələrində olan qalıqlardır ki, arılar təmizləmə vaxtı onları tamamilə uzaqlaşdıra bilmirlər).

Alınma üsullarından asılı olaraq arı mumu əridilmiş və qeyri-standart; hidravlik üsulu ilə arıçılıq zavodlarında alınan; ekstraksiya yolu ilə benzindən alınan növlərə bölünür.

Yaxşı arı mumu çəkicin iti tərəfi ilə kəskin zərbəsindən sonra bir neçə tikələrə ayrılır. Kəsik xırda dənli struktura malikdir. Mum səthi isə həmcins, parlaq və hamar olur. Mum olduqca möhkəm və sərt məhsuldur. Nə zaman, nə işıq, nə nəmişlik mumun keyfiyyətlərini dəyişdirmir. Belə bir hadisə qeyd edilmişdir ki, arı mumu torpaqda təxminən 3000 il qaldıqdan sonra da öz təbii xüsusiyyətləri itirməyib. Maye halında mum çox qatı olur ki, onun bu vəziyyəti temperatur yüksəldikcə dəyişir. Buna görə mumu həll edilmiş vəziyyətdə emal etmək və ondan mumu 100°C temperatur zamanı sıxmaq lazımdır.

Daha keyfiyyətli mumu çox halda açıq, qəhvəyi və tünd rəngdə olan çeşidləri ayrı-ayrılıqda emalından sonra alırlar. Yay vaxtı alınmış xammalı günəşdə əritmək, emaldan əvvəl isə bütün qəhvəyi və tünd rəngdə olan arı şanlarını xırdalamaq lazımdır. Sonra isə xammalı təmiz, azca qızdırılmış suda yuyub, suyunu süzmək daha sonra isə minalı və ya qalaylı qabda atəşdə qaynatmaq lazımdır.

Mumun qaynadılması üçün təmiz distillə edilmiş, yağış və ya qarlı su götürülür. Xammalı sadə metal və ya sink qablarda emal etmək tövsiyə edilmir, çünki əridilmiş mumun turşuları dəmirlə reaksiyaya daxil ola bilər.

Kiçik arıxanada mumu adi ev şəraitində süzmək olar, bunun üçün xammalı minalı vedrəyə qoymaq və yuxarıdan metal tor ilə örtmək şərtdir. Sonra vedrəyə su töküb qazın üstünə qoyuruq. Temperaturun təsiri altında mum əriməyə başlayır və suyun səthinə çıxır. Bu zaman onu qaşıqla yığıb başqa qaba tökürük. Qalmış xammala yenə isti su əlavə olunur, qarışdırılır, qaynadılır və mum çıxarılır. Bundan sonra isə qalan kütlə tənzif vasitəsilə süzülür.

loading...
Şərh yaz