Münasibəti çətinləşdirən 5 hərəkət

  1. Deyinmək: Qadın ya da kişi fərq etməz, davamlı şikayət edən bir insana kimsə dözə bilməz. Əvvəlcə kiçik şeylərlə xoşbəxt olmağı öyrənməyiniz lazımdır. Fərqində olmadan hər şeydən şikayət edə bilərsiniz. Bu vəziyyəti düzəltmək əslində çox asandır. Məsələn bir yeməyə getdiyinizdə xidmətin gecikməsindən şikayət etmək yerinə, baş-başa keçirdiyiniz zamandan nə qədər kef aldığınızı qarşınızdakı insana izah edərək başlaya bilərsiniz.
  2. Nifrət. Açıq təhqir, istehza və acı zarafatlar v.s. Ən təhlükəli olan  ər-arvad münasibətlərinin tənqidi formada nümayiş etdirilməsidir, çünki özündə nifrət daşıyır. Əgər siz hər zaman tənqid edirsinizsə, tərəfdaşınızda ikrah hissi doğurursunuz, bu da o deməkdir ki problemlərinizin həll yolu yoxdur.
  3. İdarə etmək istəyi. Hər şeyənəzarət etməyə çalışmaq, qarşınızdakı insandan çox sizi yorar və bezdirər. Bəzən elə vəziyyətlər olur ki, həyatın axarına buraxmaq lazımdır. Qarşınızdakı insanı davamlı idarə altında tutmaq münasibətinizə zərər verəcək olan ən böyük səbəblərdən biridir. Unutmayın ki, o insan sizdən əvvəl öz-özünü idarə edə bilirdi və siz ona o cür aşiq oldunuz. Bunu əsla unutmamalısınız. Əks halda onun sizdən soyumasına səbəb ola bilərsiniz.
  4. Kritizm. “Şikayət və narazılıq normaldır. Kritizm – daha qlobal bir haldır. Bu, yoldaşınızın hərəkətinə öz narazılığınızı bildirmək deyil, onun şəxsiyyətini əzmək deməkdir. Münasibətdə bu cür hallar yol verilməzdir.
  5. Tərslik. Heç kim davamlı olaraq  düz ola bilməz… Hər şeyi mən bilərəm, həmişə mən düzəm… Belə bir həyat olmadığını anlamağınız lazımdır. Olmayan  səbəblər üzündən sevdiyiniz insanla davamlı mübahisə etməyiniz əlaqənizi yavaş-yavaş köhnəltməyə başlayacaq. Çünki ümumiyyətlə bu inadlaşmalar mübahisə ilə sona çatar. Qəti cümlələr qurmazdan əvvəl, qarşınızdakı insana fürsət verməyiniz lazımdır. Bəlkə də söylədiyi şeylər sizin doğru olaraq bildiklərinizin əksidir. Bəlkə o haqlıdır… Həyatda heç bir zaman hökmlü olmamalısınız.
loading...
Şərh yaz