loading...

İnsanlar özünə həyat yoldaşı seçərkən çalışırlar ki, xarakterində çatışmazlıq minimum sayda olsun.

Bloger və yazıçı Loren və Skirvin bu fikrin yalnışlığı haqda məqalə yazmışdır və bildirmişdir ki, xanım seçimində onun xarakteronunində çatışmazlıqların olmaması deyil, dəyərlərin çox olması əsasdır, hətta bunlar çətin xarakterlə kompleks halda olsa belə.

“Əgər siz daim inkişaf etmək və irəli getmək istəyirsinizsə, bir yerdə dayanmayın və mürəkkəb xarakterli qızla evlənin. Bunun üçün kifayət qədər səbəblər var.

Əksər kişilər mülayim xarakterli xanımları seçir; çünki onlarla rahatdır, onlar çox şey tələb etmirlər, axının əksinə hərəkət etmirlər. Bu qızlar mərhəmətli və qəlbi yumşaqdırlar, kişinin sözü ilə həmişə razılaşır və təbəssümlüdürlər. Onlarla rahatdır.

Ancaq digər qızlar isə layiq olduqları almadıqda bununla barışmayacaq. Onlar çox şey istəyir- həm özlərindən, həm kişidən, həm də həyatdan. Bu qızların planları çoxdur. Onlar mübahisə edə, inandıra və fikirdən yayındıra bilərlər. Onlar bütün işə ehtirasını, qayğısını və emosiyalarını qoyurlar.
Bu o demək deyil ki, birinci tip qızlar üçün heç nəyin fərqi yoxdur. Onlar üçün münasibətləri qiymətlidir və ailədə mehribançılığı saxlamaq üçün hər şeyə hazırdırlar. Hətta bu onların arzu, istək və ehtiyaclarını kənara qoysa belə. Onlar hər şeyə sadə yanaşırlar.

Təşəbbüsü olmayan kişi məhz bu tip qızları seçirlər. O, heç nəyə əziyyət çəkmək istəmir, xüsusən də münasibətlərdə. Belə kişi onun fikrinə zidd fikir söylənməsini xoşlamır. Ancaq bu münasibətləri də problemsiz hesab etmək olmaz. Onlar tez adiləşirlər, sadəcə vərdiş etdikləri və uşaqları üçün birgə yaşayırlar.

Ancaq əsl kişi başa düşür ki, çətin xarakterli xanım daha yaxşı seçimdir. Belə qadınla həmişə çətin olur, çünki o, daima irəliləmək istəyir. Sağlam ünsiyyət zamanı onlarla münasibətləri getdikcə güclənir.

Bu tip qız məhz evlənilməli qızdır. Düşünə bilərsiniz ki, sizə lazım olan bu deyil, ancaq elə deyil. Sizə lazım olan məhz budur. Sadə qız heç vaxt sizi razı salmayacaq. O, mehriban olacaq, ancaq heç vaxt sizi fəaliyyətə ruhlandırmayacaq. Siz həmişə nə isə başqa bir şey istədiyinizi hiss edəcəksiniz.

Çətin qızlar- həmişə yaradıcı və kəşfiyyatçı şəxslərdir. Onları “dəli” qız da adlandırmaq olar. Ancaq heç kim sizi onlar kimi sevməyəcək və onlar kimi ehtiraslı olmayacaq.
Məhz bu qızlar sizi arzularınızı həyata keçirməyə ruhlandırır. Onunla istənilən mövzuda söhbət etmək maraqlıdır.

O, sizin şəxsi dəyərlər sisteminizi sual altında qoya bilər. Razılaşmaq lazımdır ki, bir çox məsələlərdə onun bilikləri daha dərindir. Bəli, bu asan olmayacaq, ancaq heç darıxdırıcı olmayacaq.

Sadə qızlarda sadə düşüncə tərzi var. Onlarla hər şey hamar, mübahisəsiz olacaq. Burada siz seçməlisiniz ki, sizə hansı daha uyğundur.

Əgər siz ən yaxşı olmaq, düşüncə dairəsini genişləndirməkvə bacarıqlarınızı genişləndirmək istəyirsinizsə, çətin xarakterli qızı seçməlisiniz. Axtardığınız qızı tapdığınızın 8 göstəricisi:

1. O, əksərən sizin eşitmək istədiyinizi demir. Ancaq çox hallarda haqlı olur. Bu qızla evlənin!
2. Sizdən özünə hörmət tələb edən qızla evlənin.
3. Siyasətə özünün fikri olan qızla evlənin. Onun fikri sizinlə üstə düşməyə bilər.
4. Siz müxtəlif şeylər haqqında danışanda gözləri parıldayan qızla evlənin!
5. Öz istedadını boğmağa sizə imkan verməyən qızla evlənin!
6. Sizi hər gün ən yaxşı olmağa məcbur edən qızla evlənin!
7. Tez-tez mübarizə aparmağa məcbur olduğunuz qızla evlənin!
8. Sizin qabiliyyət və bacarıqlarınıza uyğun qabiliyyət və bacarıqları olan, hətta sizdən üstün olan qızla evlənin!

Yalnız əsl kişi qadınına ondan daha ağıllı olduğunu etiraf edə bilər. Çətin xarakterli qızla ailə qurmaq çox çətindir. O, həmişə sizinlə mübahisə edəcək, hətta sizə elə gələ bilər ki, siz onu xoşbəxt edə bilmirsiz. Ancaq zamanla o, təcrübə yığacaq, müdrikləşəcək və əsl həyat yoldaşına çevriləcək.

loading...
Şərh yaz