Nadir yeni aldığı bahalı maşını niyə satdı?

loading...

Müğənni Nadir Qafarzadə yeni aldığı “Maserati” markalı maşınını satıb.

Sənətçi bu haqda “Gündəlik” verilişində deyib. O, aparıcının “Bahalı maşın almışdın, necə oldu” sualına belə cavab verib:

“Var idi, almışdım. Amma indi yoxdur. Bir həvəs idi, gözümün qurdunu öldürdüm, sonra satdım. Amma gələcəkdə yenidən ola bilər. Bahalı maşın sürmək mənim haqqımdır. Müğənniyəm, əziyyətlə qazanıram. Başqası 1 milyonluq avtomobil sürür. Mənə dəyməyin, qoyun iki balamı böyüdüm. Mənim “dayım”, sevgilim yoxdur ki, polis saxlayanda kiməsə zəng vurub tapşırtdırım”.

loading...
SHARE
Şərh yaz