“Nargis” jurnalının redaktoru fotolarda

loading...

Bu gün Azərbaycanın ən sayılıb-seçilən xanım jurnallarından biri olan “Nargis” jurnalının redaktoru və eyni adlı nəşriyyat evinin rəhbəri Ülviyyə Rəhmanovanın ad günüdür.

Professor Nərgiz Paşayevanın qızı olan Ülviyyə Rəhmanova Azərbaycanda aktiv fəaliyyəti və təşkilatçılıq qabiliyyətləri ilə də seçilən gənclərdəndir.

Ü.Rəhmanova əvvəl Türkiyədə, ardından isə Londonda təhsil alıb. Ailəlidir, Arif adlı bir oğlu var.

Xanım.net Ü.Rəhmanovanın “Nargis” jurnalında yayımlanmış müsahibəsini təqdim edir:

1. Nə zaman və nəyə sonuncu dəfə ürəkdən gülmüsünüz?

Əbədi Barri Uayt. Həm gülüş, həm günah.

2. Hansı filmlərə siz sonsuzadək baxa bilərsiniz?

“Evləmək aludəçiliyi”, “Rouzların müharibəsi”, “Əxlaqsız təklif”.

3. Xarici görünüşünüzlə bağlı ən cəsarətli təcrübəniz?

Bu sahədə o qədər də cəsarətli deyiləm.

4. Ən çox bəyəndiyiniz ailə ənənələrinizdən bir neçəsini sadalayın

Hər yeni ili ailəmlə babamın bağında qeyd etmək, anamla xaricdə nahar etmək və başlıca ənənəmiz hər zaman ailə ənənələrinə sadiq qalmaq.

5. Çətin xarakterli birisiz?

Bilmirəm.

6. Ən başlıca qürurunuz ?

Anam

7. Hansı hədiyyəni heç vaxt unutmayacaqsınız?

Allahın hədiyyəsini –övladımı.

8. Sizin üçün hansı önəmlidir: proses, yoxsa nəticə?

Proses.

9. Keçmişdəki hansı epizodu yenidən yaşamaq istərdiniz?

Heç birini. Mən parlaq gələcəyə inanıram.

10. Sizi inandırmaq asandır?

İki saniyə yetər.

11. Taleyə inanırsınız?

Əhvalımdan asılıdır, yəqin ki, ona inanmaq daha asandır.

12. Özünüzü nəyə yönləndirirsiniz?

İstənilən vəziyyətdə xoşbəxt olmaq və həyatın kiçik sevinclərini dəyərləndirməyə çalışıram. Hər zaman möcüzələrə inanmağa can atıram.

13. Öz rəsminizi çəkin.

loading...
SHARE
Şərh yaz