Nə qədər xoşbəxtsiniz?

  • “Bəli, çox xoşbəxtəm, hər şey öz yolundadır, yeni bir işə girdim, xəyallarımı reallaşdırdım”.
  • “Bəli, özümü çox yaxşı hiss edirəm, ailəm sağlam, bir işim var, bu, mənim xoşbəxt olmağım üçün yetərlidir”.
  • “Xeyr, heç xoşbəxt deyiləm, həyat həmişə mənə pis üzünü göstərib. Ətrafımdakı hər kəs çox xoşbəxtdir, mən isə bədbəxtəm və istədiklərimə hələ nail ola bilmədim”.
  • “Xeyr, münasibətim sona çatdı və onun üçün çox darıxıram, özümü yaxşı hiss etmirəm”.
  • ” Eh, tam olmasa da bir az xoşbəxt olduğumu deyə bilərəm. Kifayət edər”.
loading...

Arzular, xəyallar, hədəflər, düşüncələr və duyğular. Hamısı insandan-insana dəyişir. Buna görə də xoşbəxtlik nisbidir.

Hamımız üçün xoşbəxtliyin tərifi fərqlidir. Bu səbəblə kitablarda yazılan “Xoşbəxt olmaq üçün nələri etməliyik” kimi təkliflər sizə kömək etməyə bilər.

Hər kəsin xoşbəxtliyi özünə uyğundur. Keçmişdə yaşadığın yaxşı və ya pis olan hər şeyin səndə yaratdığı duyğu və düşüncələr, bu günə qədər verdiyin qərarların, davranışların, istəklərin, bəzən istəmədiklərin, həyatın sənə gətirdikləri nə qədər xoşbəxt olduğunu müəyyən edər.

Bəzən özünü həyatın ən şanslı adamı kimi gördün, həyatın artıq sənə güldüyünü düşündün, bəzən də içində böyük bir daşın olduğunu hiss etdiyin zaman dünyanın başına yıxıldığını və ya göz yaşlarının necə axdığını…”Bəli, çox xoşbəxtəm, hər şey öz yolundadır, yeni bir işə girdim, xəyallarımı reallaşdırdım”.

Sən və sənin hayatın, sənin duyğuların, düşüncələrin, qərarların. Hamısının eyni anda yaxşı olması üçün çalışsan da xoşbəxt olmağın üçün sənin əlində olmayan bir şeylər olduğunu unutmamalısan! Ətrafındakı insanlar və ya dəyişən hadisələrin meydana gətirdikləri bəzən bunu poza bilər, bilərəkdən və ya bilməyərəkdən zərər verə bilər. Xoşbəxtliyini əlindən bir müddət də olsa ala bilər. Ən əsası, burada özün üçün göstərəcəyin səy əhəmiyyətlidir. Xoşbəxt olmağın, özünü yaxşı hiss etməyin üçün göstərəcəyin hər səy yuxarıda verə biləcəyini düşündüyümüz mənfi cavabların dəyişməsini təmin edə bilər.

“Bəli, indi çox xoşbəxt deyiləm. Məni kədərləndirən bir neçə şey yaşadım. Gücüm azaldı. Bu hadisələr mənə çox pis təsir etmiş olsa da bundan sonra özüm üçün nəsə etməliyəm” deyərək yavaş-yavaş hərəkətə keçməli, xoşbəxtliyini hadisələrə və insanlara bağlamamalısan.

Bu səy üçün lazım olan gücü özünüzdə tapa bilmədiyiniz zamanlar da ola bilər. Hər vaxt çox güclü olacaqsınız deyə bir şey yoxdur. Gücünüz azaldığı zaman bir az istirahət edə, sizi yoran şeylərdən, insanlardan bir müddət uzaqlaşa bilərsiniz. Özünüz üçün yaratdığınız kiçik səylərlə yavaş-yavaş bu gücü yığa bilər, gücü tam hiss etdiyiniz zaman hərəkətə keçib yeni qərarlar ala bilərsiniz.

Gücünüzü təkrar qazanmağınız üçün ətrafınızdakı insanların dəstəyini gözləməyiniz çox normaldır. Amma dəstək almasanız, həmin dəstəyi gözləməyin lazımsız olduğunu bilməlisiniz. Gözlədikcə gəlmədiyini görmək sizi daha çox kədərləndirə bilər.

Yaxşı, bəs özünüz üçün göstərəcəyiniz kiçik səylər nələr ola bilər?

Müsbət mənada sahib ola biləcəyiniz hər şey!

Bu, insandan-insana dəyişə bilər, edə biləcəyinə inandığınız, sizə uyğun gələn və ya gücünüzün çatdığı qədər olandan başlaya bilərsiniz.

Hər kəs üçün eyni olan, dəyişməyən, bədən və ruh sağlamlığını yaxşılaşdıran səylər də vardır:

Yaxşı yuxu, düzgün qidalanma, idman, təmiz havada yaxşı bir musiqi müşayiəti ilə gəzinti, təbiətə yaxın olmaq və s.

Hər gün özünüzü yaxşı hiss etmək üçün bir şeylər etməyi, planlamağı unutmayın!

Özünüz üçün edəcəyiniz hər şey əvvəl sizə, sonra həyatınızın axışına, sevgilinizə, həyat yoldaşınıza, uşağınıza, ailənizə, işinizə, gələcəyinizə çox yaxşı təsir edər.

Hər zaman xoşbəxt olmanız diləyi ilə…

“Bəli, çox xoşbəxtəm, hər şey öz yolundadır, yeni bir işə girdim, xəyallarımı reallaşdırdım”.

“Bəli, özümü çox yaxşı hiss edirəm, ailəm sağlam, bir işim var, bu, mənim xoşbəxt olmağım üçün yetərlidir”.

“Xeyr, heç xoşbəxt deyiləm, həyat həmişə mənə pis üzünü göstərib. Ətrafımdakı hər kəs çox xoşbəxtdir, mən isə bədbəxtəm və istədiklərimə hələ nail ola bilmədim”.

“Xeyr, münasibətim sona çatdı və onun üçün çox darıxıram, özümü yaxşı hiss etmirəm”.

” Eh, tam olmasa da bir az xoşbəxt olduğumu deyə bilərəm. Kifayət edər”.

Arzular, xəyallar, hədəflər, düşüncələr və duyğular. Hamısı insandan-insana dəyişir. Buna görə də xoşbəxtlik nisbidir. Hamımız üçün xoşbəxtliyin tərifi fərqlidir. Bu səbəblə kitablarda yazılan “Xoşbəxt olmaq üçün nələri etməliyik” kimi təkliflər sizə kömək etməyə bilər.
Hər kəsin xoşbəxtliyi özünə uyğundur. Keçmişdə yaşadığın yaxşı və ya pis olan hər şeyin səndə yaratdığı duyğu və düşüncələr, bu günə qədər verdiyin qərarların, davranışların, istəklərin, bəzən istəmədiklərin, həyatın sənə gətirdikləri nə qədər xoşbəxt olduğunu müəyyən edər.

Bəzən özünü həyatın ən şanslı adamı kimi gördün, həyatın artıq sənə güldüyünü düşündün, bəzən də içində böyük bir daşın olduğunu hiss etdiyin zaman dünyanın başına yıxıldığını və ya göz yaşlarının necə axdığını… “Bəli, çox xoşbəxtəm, hər şey öz yolundadır, yeni bir işə girdim, xəyallarımı reallaşdırdım”.

Sən və sənin hayatın, sənin duyğuların, düşüncələrin, qərarların. Hamısının eyni anda yaxşı olması üçün çalışsan da xoşbəxt olmağın üçün sənin əlində olmayan bir şeylər olduğunu unutmamalısan! Ətrafındakı insanlar və ya dəyişən hadisələrin meydana gətirdikləri bəzən bunu poza bilər, bilərəkdən və ya bilməyərəkdən zərər verə bilər. Xoşbəxtliyini əlindən bir müddət də olsa ala bilər. Ən əsası, burada özün üçün göstərəcəyin səy əhəmiyyətlidir. Xoşbəxt olmağın, özünü yaxşı hiss etməyin üçün göstərəcəyin hər səy yuxarıda verə biləcəyini düşündüyümüz mənfi cavabların dəyişməsini təmin edə bilər.

“Bəli, indi çox xoşbəxt deyiləm. Məni kədərləndirən bir neçə şey yaşadım. Gücüm azaldı. Bu hadisələr mənə çox pis təsir etmiş olsa da bundan sonra özüm üçün nəsə etməliyəm” deyərək yavaş-yavaş hərəkətə keçməli, xoşbəxtliyini hadisələrə və insanlara bağlamamalısan.

Bu səy üçün lazım olan gücü özünüzdə tapa bilmədiyiniz zamanlar da ola bilər. Hər vaxt çox güclü olacaqsınız deyə bir şey yoxdur. Gücünüz azaldığı zaman bir az istirahət edə, sizi yoran şeylərdən, insanlardan bir müddət uzaqlaşa bilərsiniz. Özünüz üçün yaratdığınız kiçik səylərlə yavaş-yavaş bu gücü yığa bilər, gücü tam hiss etdiyiniz zaman hərəkətə keçib yeni qərarlar ala bilərsiniz.

Gücünüzü təkrar qazanmağınız üçün ətrafınızdakı insanların dəstəyini gözləməyiniz çox normaldır. Amma dəstək almasanız, həmin dəstəyi gözləməyin lazımsız olduğunu bilməlisiniz. Gözlədikcə gəlmədiyini görmək sizi daha çox kədərləndirə bilər.
Yaxşı, bəs özünüz üçün göstərəcəyiniz kiçik səylər nələr ola bilər?
Müsbət mənada sahib ola biləcəyiniz hər şey!

Bu, insandan-insana dəyişə bilər, edə biləcəyinə inandığınız, sizə uyğun gələn və ya gücünüzün çatdığı qədər olandan başlaya bilərsiniz.

Hər kəs üçün eyni olan, dəyişməyən, bədən və ruh sağlamlığını yaxşılaşdıran səylər də vardır:

Yaxşı yuxu, düzgün qidalanma, idan, təmiz havada yaxşı bir musiqi müşayiəti ilə gəzinti, təbiətə yaxın olmaq və s.

Hər gün özünüzü yaxşı hiss etmək üçün bir şeylər etməyi, planlamağı unutmayın!
Özünüz üçün edəcəyiniz hər şey əvvəl sizə, sonra həyatınızın axışına, sevgilinizə, həyat yoldaşınıza, uşağınıza, ailənizə, işinizə, gələcəyinizə çox yaxşı təsir edər.

//lent.az

loading...
SHARE
Şərh yaz