Nikahların uyğunluğu – Qoç

loading...

KİŞİ-QOÇ

Demək olar ki, bütün Qoç kişilər pis ailə başçısıdırlar. Lakin buna baxmayraq, güclü və iradəlidirlər, başçılıq etmək istedadları var, nikbindirlər. Bir çox sahələrdə uğurlar qazanırlar. Lakin onların özündən tez çıxması və kobudluğu gələcəkdə ailə həyatı üçün yalnız çətinlik deyil, təhlükə də yarada bilər. Bununla belə, Qoçun digər Zodiak bürcləri ilə xoşbəxt, bəlkə də ideal ailə həyatı qura biləcəyi istisna edilmir. Burada qadının məharət və mərifətindən çox şey asılıdır.

Kişi-qoç – Qadın-qoç

Davakar və nəzakətsizdir. Qoç-kişi ailədə əsas rol oynamağa çalışan qadınla yola gedə bilməz. Belə nikahların hər an pozulmaq təhlükəsi var. Tərəflər nikah naminə hər cür güzəştə getməyə hazır olsalar da, astroloqlar belə nikahların bağlanmasını məsləhət görmürlər.

Kişi-Qoç – Qadın-Buğa

Xoşbəxt nikah naminə Buğa qeydsiz-şərtsiz Qoçun ailədə əsas rolunu qəbul etməlidir. Buğanın qadın incəliyi, gözəlliyi Qoçun xoşuna gələcək və onun məhəbbətinə nail olmağa çalışacaq. Əgər Qoç kobud olmazsa, bu nikahı əsl dünyəvi məhəbbət adlandırmaq olar, əks halda dünyəviliklə od başlanğıcı arasında münaqişələr baş verə bilər. Bu nikah əməkdaşlıq əsasında qurulacaqdır, belə ki, Buğa Qoçun bütün arzularını həyata keçirəcəkdir.

Kişi-Qoç – Qadın-Əkizlər

Bu, əlverişli nikahdır. Qoç bilir ki, onun qadını ağıllıdır və gözəl yoldaşdır. Onların söhbətləri tutur, hər ikisinin coşğun xasiyyəti bu bürclərin həyatını maraqlı və macəralarla dolu edir. Onlar istirahət günlərini böyük məmnuniyyətlə evdən uzaqda keçirir, səyahət etmək fürsətini əldən vermirlər. Qadın-Əkizlər Qoçun qulluğunda durduqda ona böyük sevinc bəxş edir. Onların ailə həyatı səmimi dostluğu xatırladır, ailəyə və evə bağlı olmaları nikahlarını daha da möhkəmləndirir. Lakin əkizlərdə olan ikili xasiyyət qadını yelbeyin, hərəkətlərini isə gözlənilməz edir. Əri arvadının hərəkətləri təşvişə sala bilər, lakin zaman keçdikcə hər şey öz qaydasına düşəcək və ailədə ən münasib davranış normaları yaranacaqdır.

Kişi-Qoç – Qadın-Xərçəng

Dünya görüşlərdəki ziddiyyəti və təzad, fikir müxtəlifliyi onların nikahlarını dözülməz edir. Xərçəng-qadın ailə naminə hər şeyə hazır olsa da. Qoçun qeyri-iradi hərəkətlərinə tab gətirmək çox çətindir. Doğrudur, ilk vaxtlar bu, hətta Xərçəngə xoş gəlsə də, uzun çəkməyəcək.

Ər arvadın maraqlan və iradəsi ilə hesablaşacaq, emosional xasiyyətli arvad isə ərini özünə daha çox tabe etməyə və bağlamağa çalışacaqdır. Bunlardan əlavə, ərin yersiz qısqanclığı qadını ona qarşı kobudluğa vadar edəcəkdir. Qadının sirrverməzliyi kişinin, kişinin sərt xasiyyəti qadının xoşuna gəlməyəcək. Qoçun arvadını açıq söhbətə dəvət etmək cəhdləri nəticəsiz qalacaq və qadını daha da əsəbləşdirəcəkdir. Nəhayət, coşğun xasiyyətli Qoç qapını çırpıb gedəcəkdir. Bununla belə, hər iki bürc üçün səciyyəvi cəhətlər nisbətən zəif nəzərə çarparsa, uğurlu nikahlar mümkündür.

Kişi-Qoç – Qadın-Şir

Məhəbbətdə təbii, səmimi və impulsiv qadına tündməcaz, kobud Qoçla yaşamağı çətin olacaq. Ailədə hər şey qadının mərifət və məharətindən asılı olacaqdır. Lakin bu bürclər arasında xasiyyət və temperament baxımından ümumi cəhətlər çoxdur ki, bunun da nəticəsində kifayət qədər möhkəm ailə yaranır. Qoç və Şirin səciyyəvi cəhətlərini özündə zəif əks etdirənlərin ailə həyatı daha uğurlu olur.

Bununla belə, Qoç və Şiri əksər hallarda məhəbbət yox, birgə yaradıcılıq və peşə mənafeyi birləşdirir. Buna xasiyyətlərindəki səciyyəvi cəhətlər daha parlaq ifadə olunmuş ər və arvada tez-tez təsadüf edilir. Onlar birgə həyatda fədakarlığa və xoşbəxtliyə can atacaq, öz arzularına yetəcəklər.

Qoç və Şir intim münasibətdə ola tərəf-müqabildirlər, 29-30 yaşlarında isə onların bu münasibəti ən yüksək həddə çatacaqdır.

Soyuq təbiətli Qız güclü və qətiyyətli Qoçu başa düşə bilməz. Qadının gözəlliyi Qoçu qızışdıracaq, lakin hisslərinə, ehtirasına cavab almadıqda sarsıntı keçirəcək və çox tezliklə bu ehtirası qəzəb, əsəbilik əvəz edəcək. Qoça elə gələcək ki, Qız onu aldadır və münasibətlərində yaranan kəskin dəyişikliklərdən inciyəcək. Çox tezliklə hər bir kiçik məsələ Qoçun mənliyinə toxunacaqdır. Maddi maraq mənəvi marağı üstələməsə, bu nikah çox tez pozulacaq.

Kişi-qoç – Qadın-Tərəzi

Bu iki borc bir-birinin tam əksidir Lakin bu təzad onlar arasında ziddiyyət yox. əksinə, yaxınlıq yaradır. Tez coşan, başqasının fikri ilə hesablaşmayan ər üçün düşüncəli, yaraşıqlı, özünü ələ almağı bacaran bu qadın daha əlverişlidir. Tərəzi bürcü altında doğulan qadınlara xas olan hər şeyi ölçüb – biçmək xüsusiyyəti Qoçda çatışmayan bu cəhətlərin yerini dolduracaq, onu düşünülməmiş addımlardan çəkindirəcəkdir.

Əgər bu hədd kobudluq və amiranəlik (Oraya getmə! Onu etmə! və s.) şəklini alarsa, ailənin dağılmasına səbəb ola bilər. Lakin, hər halda, əks tərəf-müqabillər arasında güclü qarşılıqlı meyl mövcuddur. Bütün ulduz qanunlarına görə bu nikah əlverişlidir. Mars tərəfindən idarə edilən ər kobud. Tərəzi-qadın isə zərif və yaraşıqlı olsa da, intim həyatda onlar bir-birinə uyğun gəlirlər və 29,5-30 yaşlarında bu münasibətləri ən yüksək həddə çatacaqdır.

Kişi-qoç – Qadın-Əqrəb

Bu nikah mübarizə və ziddiyyətlərlə doludur. İki güclü şəxsiyyət biri digərinin qüvvəsindən xəbərsiz bir-biri ilə mübarizə aparcaqdır. Bu mübarizə yalnız intim həyatda xoşhallıq doğuracaq. Öz hisslərini inilti və nidalarla ifadə edən Qoç Zodiakın ən seksual bürcü olan Əqrəbin ürəyincədir. Bununla belə, məişət məsələlərində onlar arasında tam ziddiyyət müşahidə olunacaq.

İrsən Neptundan vüqar və Marsdan qəddarlıq əxz etmiş Əqrəb Marsdan güc və qətiyyət almış ərini özünə tabe etməyə çalışacaq və iki qüvvətli şəxsiyyət arasında mübarizə başlanacaq Bundan əlavə, qadın

özünün bütün uğursuzluqlarını ərinin hərəkətləri ilə əlaqələndirəcək ki, bu da başqa incəliklərə səbəb olacaq. Bu nikah gənclik illərində elə bir xoşbəxtlik gətirməyəcək; əgər ailə qorunub-saxlanılarsa, nisbətən yaşlı vaxtlarda tərəflərdən biri öz xasiyyətlərindən əl çəkib, mənəvi cəhətdən digər tərəfə uyğunlaşmalıdır.

Kişi-qoç – Qadın-Oxatan

Hər iki tərəf yaxşı tərbiyə alıbsa, bu, gözəl nikahdır. Burada onların səadətinə mane olacaq yeganə əngəl hər ikisinin qeyri-iradi hərəkətlərdir ki, bu da qarşılıqlı təhqir və əsəbilik hallarına gətirib çıxarmır. Əksinə, belə cüzi narazılıqlar onları bir-birinə daha da yaxınlaşdırır. Həm ər, həm də arvad başa düşəcək ki, daha yaxşısını tapa bilməyəcək və bu səbəbdən də bir-birindən bərk yapışacaqlar.

Ailə səadəti naminə kənar əlaqələrdən imtina edəcəklər.

Kişi-qoç – Qadın-Oğlaq

Qadın illər ərzində solmayan gözəlliyi ilə ərini cəlb edəcək və hər vasitə ilə onun qüvvə və bacarığını istədiyi səmtə yönəltməyə, öz ağlına tabe etməyə çalışacaq. Lakin Qoç bunu düzgün başa düşməyəcək və Oğlaqla nikah ziddiyyətə, hiddətə və s. səbəb olacaq. Belə ki, bu, Oğlaq üçün möhkəm arxa, qadın üçün isə valideynlərinin məsləhəti ilə baş tutmuş məqsədli bir nikahdır.

Ər zəif iradəlidirsə, tezliklə arvadının əlində alətə çevriləcəkdir. Əks halda yalnız bir söz demək olar: bu nikah ikilikdə təklikdir.

Kişi-qoç – Qadın-Dolça

Həyatda qarşılıqlı surətdə bir-biriylədir. Bu iki bürc arasında böyük fiziki yaxınlıq var. Qadın həmişə ərinin şəxsiyyətinə hörmət edəcək, ona azadlıq və müstəqillik verəcək. Qadının sayəsində inkişafı və yaradıcılığı üçün geniş imkanlar açılan ər öz həyatından çox razı qalacaq və toydan bir qədər sonra qadının ondan nəvaziş və sevgi tələb etmədiyini, bəlkə də bütün bunları gizlicə kənarda axtardığını ola bilər ki, hiss etməsin. Ən başlıcası budur ki, qadın öz hərəkətlərində əxlaq qaydalarına zidd heç bir şey görməyəcək. Ulduzlar bu nikahı ideal sayırlar. Adətən, belə izdivacdan çox yaxşı uşaqlar doğulur.

Kişi-qoç – Qadın-Balıqlar

Astroloqlar bu iki bürcün uyuşmazlığı haqqında xəbərdarlıq etsələr do, belə nikahlara tez-tez təsadüf olunur. Bu nikah əsasən zəhmli Qoç-ərlə sakit təbiətli, fağır qadın-Balıq arasında zahiri qarşılıqlı anlaşma nəticəsində yaranır. Lakin Balıqlar ərlərinin simasında özlərinə arxa tapmağa çalışsalar da, tündməcaz, kobud və hövsələsiz Qoç-ər onları çox tez bezdirir. Lakin belə nikalılar ailədən kənar ideyalar, məsələn, birgə elmi fəaliyyət, dini görüşlərin üst-üstə düşməsi və s. əsasında saxlanıla bilər.

loading...
Şərh yaz