Nikahların uyğunluğu Buğa

loading...

Buğa bürcü altında doğulmuş kişilər, adətən, ürəyiaçıq, yolagedən və yumşaq xasiyyətləri ilə fərqlənirlər. Buğanı əsəbləşdirmək çətindir, onun daxilindəki ziddiyyəti üzə çıxarmaq isə daha müşkül işdir. Lakin onu qıcıqlandırdıqda əsl qızmış Buğaya dönür, qarşısına çıxan hər şeyi məhv etməyə qadirdir. Bununla belə, Buğa qadın gözəlliyini, incəsənəti və musiqini çox sevir. Bu bürcə məxsus adamlar ehtiraslı məşuqdurlar.

Buğalar rahatlığı çox sevirlər. Onlar özlərinin və sevgililərinin həyatını yüngülləşdirmək üçün evlərini son dəbdə olan texniki avadanlıqla təmin etməyə çalışırlar.

Buğalar emosional təbiətə və ziddiyyətli xasiyyətə malikdirlər. Onlar güclü və sağlam düşüncəli adamlar olsalar da, kiçik məsələlərdə şıltaqdırlar, laqeyd və xudbindirlər.

Kişi-Buğa – Qadın-Qoç

Güclü iradəyə və amiranə təbiətə malik qadın emosional ərlə yola gedə bilməz. Bu, iki başlanğıc – güclü və ayıq dünyəvi və yenə do güclü, qətiyyətli od başlanğıcı arasında mübarizədir. Özünü şişirtməyə meyl və qeyri-iradəlik şıltaq və tərs xasiyyətli əri həmişə əsəbiləşdirəcək. Qoçu da ərinin uşaq şıltaqlığı və tərsliyi üzündən baş verən küsüşmələr bezdirəcək. Siyasətçilik qabiliyyəti olmayan qadın-Qoç ədaləti haradasa kənarda axtaracaq və bu, nəhayət ailənin dağılmasına gətirib çıxaracaqdır. Lakin onları ümumi yaradıcılıq və ya işgüzar əlaqələr bağlayırsa, nikah uzunmüddətli ola bilər. İşdə onlar ümumi dil tapacaqlar, belə ki, Qoç təkan verəcək. Buğa isə ipə-sapa yatmaz Qoçun fikirlərini həyata keçirəcək.

Kişi-Buğa – Qadın-Buğa

Bu nikaha çox nadir hallarda təsadüf edilir. Belə ki, hər iki tərəf aralarında olan ümumi cəhətləri tez görə bilmir və digər bürclərə nisbətən onların yaxınlaşması daha gec baş verir. Əsasən belə nikahlar məhəbbətdən daha çox müəyyən məqsədlə bağlanır. Sonralar hər iki tərəfın həyatdakı dəyişikliklərdən çəkinib-qorxması, rahatlığa meyli, və uşaqlara bağlılığı bu nikahı möhkəmləndirir. Lakin ər və arvad öz inadlarının mənasız olduğunu başa düşsələr də, qocalanadək bir-biri ilə mübarizə aparacaqlar.

Kişi-Buğa – Qadın-Əkizlər

Qadın-Buğadan fərqli olaraq kişi-Buğa qadın-Əkizlərlə daha tez dil tapır Belə nikahın çətinliyi çox olur, Əkizlər Buğanı heç vaxt axıradək tanıya bilmirlər. Lakin Buğa sədaqətli, vəfası, təsərrüfatçılığı. ilə Əkizləri cəlb edəcək. Ərə isə qadının parlaq ağlı, idrakı və şux xasiyyəti xoş gələcək. Əkizlər heç vaxt Buğanı darıxmağa qoymazlar. Lakin bu nikahın ən böyük düşməni qısqanclıqdır. Qadının Merkridən əxz etdiyi şuxluğu və səbatsızlığı əri hədsiz qeyzləndirəcək. Nəticədə bir-birim anlamaq üzündən mənafelər ayrıla bilər.

29-30 yaşdan sonra intim həyatda özlərinə ideal tay tapa bilərlər.

Kişi-Buğa – Qadın-Xərçəng

Kişini-Buğanı əsasən qadın Xərçəngin sədaqəti cəlb edir. Bununla belə, Xərçəng öz vəzifə borcunu gözəl başa düşməsindən irəli gələn şıltaqlıqları Buğanın xoşun gəlməyəcək. Lakin bunlar hamısı kiçik məsələlərdir. Hər ikisində ümumi cəhətlər olduğuna görə onların izdivacı ahəngdar ola bilər. Məsələn, hər ikisi evini sevir, yaxşı valideyndir. Əgər onlardan birisinin xəyanət etməyə cəsarəti çatırsa, çox tezliklə belə nəticəyə gələcək ki, öz evindən yaxşısı yoxdur. Onlar hər şeyi bir-birinə bağışlayacaq, bir-birinin qayğısına qalacaqlar. Qadının dəyişkən təbiətinə bələd olan ər onu gözündən uzağa qoymamağa çalışacaq. Qadın isə öz növbəsində qısqanc və tündməcaz Buğanı bacarıqla sakitləşdirəcək. Qadın Buğanın evdə yaratdığı rahatlıqdan və səliqədən, onun iş üsulundan məmnun olacaqdır. Ər isə arvadına həmişəki kimi gözəl və gənc olduğunu dönə-dönə təkrar etməlidır.

Kişi-Buğa – Qadın-Şir

Çox tez-tez baş tutan, tez do sona yetən izdivacdır. İlk vaxtlar Qadın-Şirin səmimiyyəti və əliaçıqlığı kişi- Buğanı cəlb edəcək, lakin çox tezliklə qadının impulsivliyi, dikbaşlığı, tələbkarlığı, macəra həvəskar olması onu sevən ərini əsəbləşdirəcək, bu isə məğrur qadının qəti etirazına səbəb olacaq. Belə nikahlar əsasən şəhvani uyğunluqlar əsasında davam edir, o şərtlə ki, ər arvadını əldə möhkəm saxlamağı bacarsın; lakin bu da uzun sürə bilməz.

Kişi-Buğa – Qadın-Qız

Hər ikisi gözəl ev sahibidir, evi və ailəni sevir, bir-birinə heyrandır; ərə Qızın yaraşıqlı olması, qıza Buğanın mehribanlığı, ürəyiyumşaqlığı xoş gəlir. Onlar sanki bir-biri üçün yaranmışlar, hər ikisi ayıq və işgüzar, real düşünən adamlardır. Ər inadkarlıq edərsə, ailədə sakitliyi qorumaq xatirinə qadın hər cür güzəştə getməyə hazırdır.

Qadın ərinin hərtərəfli adam olması ilə fərəhlənir. Ər qadına həyat^ məhəbbət, sevinc hissi aşılayır. Qadının dözümlü, sədaqətli və təsərrüfatçı olması əri xoşbəxt edəcək. Dünyəvi zövqə can atmaları və övlada məhəbbət onları bir-birinə daha da yaxınlaşdıracaq. Yeganə qanqaraldan məsələ qadının soyuqluğu və naz-qəmzəsi nəticəsində ərdə yaranan qısqanclıq hissidir.

Kişi-Buğa – Qadın-Tərəzi

Bu nikahı Zöhrə ulduzu idarə edir. İlk baxışda bunları maraq dairələrinin yaxınlığı birləşdirilmişdir. Lakin qadın ideal ər axtarışının uğursuzluqla nəticələndiyini daha aydın başa düşdükcə ilkin qarşılıqlı yaxınlıq və meyl anlaşılmazlıq və əsəbiliklə əvəz olunacaqdır. Ər də öz növbəsində qadını anlaya bilməyəcək və bu, ərköyün və xudbin Tərəzinin şıltaqlığına səbəb olacaq. Bütün bunların müqabilində ər də əsəbiləşəcək və qəzəblənəcək. Əri qadının dayaz düşüncəsi, hərəkətləri, təşəxxüsü özündən çıxaracaq. Qarşılıqlı incikliklər və danlaqlar tədricən artacaq. Bu ər-arvad yalnız cəmiyyətdə tutduqları mövqeyə və eyni sahədəki işləri xatirinə birgə yaşaya bilərlər.

Kişi-Buğa – Qadın-Əqrəb

Bu çox nadir izdivacdır və onu bağlamaq məsləhət görülmür. Çünki Buğa və Əqrəb öz temperamentləri və xüsusiyyətçilik xasiyyətlərinə görə oxşardırlar. Qarşılıqlı ehtiraslar və şiddətli arzu qığılcımları onları erotik cəhətdən bir-birinə yaxınlaşdırır. Bu, 29-30 yaşlarında, hər iki bürc öz «Mən»ini tam mənası ilə dərk etdikdən sonra öz ifadəsini daha parlaq şəkildə tapacaqdır. Lakın təəssüf ki, bu, tezliklə sona yetəcək. Belə izdivacdan doğulan uşaqlar gözəl və istedadlı olur. Elə bu vəziyyətdə fəal yaxınlıq dövründən sonra ailənin yorunub saxlanılmasında mühüm rol oynaya bilər.

Ailə səadətinə mane olan səbəblərdən biri hökm etməyi sevən qadının inadkar və xudbin ərə güzəştə getmək istəməməsidir. Bir sözlə, onlar bir-birinə ər-arvaddan çox məşuq və məşuqə kimi daha çox uyğun gəlirlər.

Kişi-Buğa – Qadın-Oxatan

Belə nikahlar yalnız məqsədli, təmənnalı olduqda möhkəm sayılır. Hər iki tərəfdə ilk baxışdan qarşılıqlı məhəbbət və rəğbət hissi oyansa da, Oxatanın hökmranlıq siyasəti aparması, özbaşınalığı, həmişə öz fikrini yeritməyə cəhd göstərməsi Buğada etiraz və barışmazlıq hissi doğurur. Lakin intim həyatda onlar bir-birindən tam razıdırlar, 35-40 yaşlarında isə ideal tərəf-müqabil olurlar. Bununla belə, bu ər-arvad arasında ümumi cəhətlər azdır, hətta övladlarının olması belə, onların nikahının pozulmasına maneçilik törədə bilməz.

Kişi-Buğa – Qadın-Oğlaq

Qadın-Oğlaq Buğanın əsl babıdır. Onlar arasında ümumi cəhətlər çoxdur. İntim həyatda hər ikisi təsadüfi, bir qədər qeyri-fəal, lakin şəhvani əlaqələr axtaracaqlar. Qadın əri üçün yalnız yaxşı arvad yox, həm də iş yoldaşıdır. Lakin Buğa nəzərə almalıdır ki, 30 yaşdan sonra bu qadını təmin etmək onun üçün çox çətin olacaqdır. Qadın gah Buğanın xülyalarına azadlıq verəcək, gah da ərini öz iradəsinə tabe edərək onun üzərində bacanqla hökmranlıq edəcəkdir. Arvadının dözümü və işgüzarlığı tənbəl əri heyran qoyacaq və o, qadının arxasınca gedəcəkdir.

Kişi-Buğa – Qadın-Dolça

Buğanı Dolçanın yaraşığı və zərifliyi, dolçanı isə ərinin sədaqəti və evdarlığı cəlb edir. Qadın yaxşı və səliqəli evi olmasına üstünlük verir. Ər arvadının hədsiz azadlığına dözə bilməyəcək, nəticədə saysız- hesabsız küsüşmə və incikliklər baş verəcək. Bəzən bütün bunlar qarşılıqlı anlaşmalarla əvəz olunsa da, aramsız ziddiyyət və soyuqluqlar nəticəsində münasibətlər son həddə çatacaq, bu isə nikahın pozulmasına gətirib çıxaracaq.

Kişi-Buğa – Qadın-Balıqlar

Kənardan bu izdivac uğurlu görünsə də həssas və sirli Balıqlan ərinin kobudluğu tez bezdirəcək. Ər qadının hisslərinin dəyişkənliyini bəzən tam soyuq, bəzən isə deyib-gülən, zarafatcıl olmasını anlaya bilməyəcək və bu, onda qısqanclıq hissi oyadacaqdır. Lakin ər həlim xasiyyətli və dözümlü olarsa, alicənablıq göstərərsə, nikah möhkəm ola bilər. Bu halda ərlə arvad arasında sakitlik və qarşılıqlı yaxınlıq hökm sürəcək. Bu ər-arvad kənardan xoşbəxt görünsə də, ürəkdə hər kəs başqa birisi haqqında fikirləşəcək.

loading...
Şərh yaz