Nikahların uyğunluğu – Əkizlər

loading...

Kişi – Əkizlər

Kişi-Əkizlərin xasiyyəti əsasən ikilidir. Onlar dəmdəməkidirlər: əhvalları pis olanda səfehliklər edir, sonra isə buna görə heyfsilənirlər. Dərin idraka malikdirlər. Hər şeyi bilmək həvəsi onların əsas xüsusiyyətidir. Lakin kişi-Əkizlər vahid bir məsələ üzərində diqqətlərini cəmləşdirə bilmirlər: bir şeyi təhlil edir, hərtərəfli aydınlaşdırır, sonra isə bunu yarımçıq qoyaraq başqa bir məsələ ilə məşğul olmağa başlayırlar. Bu cəhət isə onlara digər adamlar üzərində üstünlük qazanmağa Mane olur. Qadını onu anlaya bilsə, Əkizlər yaxşı ər və ola atadır.

Kişi-Əkizlər – Qadın-Qoç

Kişi-Əkizlər Qadın-Qoçun pərəstişkarıdır. Onların izdivacı maraqlı, macəralarla dolu romam xatırladır. Hər ikisi şux xasiyyətli, səyahət, macara həvəskarı olarsa, biri digərini tamamlayar: onlardan biri hətta dünyanın o başına getməyi təklif edərsə, digəri evdə uşaqlar qalsa belə, razılaşar. Lakin qadın-Qoç Əkizləri gözlənilməz inadkarlığı ilə özündən uzaqlaşdırmamalıdır. Əhvali-ruhiyyəsi pis olsa belə, əri ilə davranışında kobudluğa yol verməməlidir. Zaman keçdikcə hər şey öz qaydasına düşəcək: onlar bir-birinin nöqsanı ilə barışacaq, qalan günlərini sakitlik və mehribanlıq şəraitində keçirəcəklər.

Kişi-Əkizlər – Qadın-Buğa

Yüksək idrak səviyyəsinə baxmayaraq, ər müəmmalı, sirli qadınını axıra qədər dərk edə bilməyəcək. Qadın isə ərinin müxtəlif adamlarla əlaqəyə girmək bacarığını, işgüzarlığını, hərtərəfli məlumata malik olmasını yüksək qiymətləndirəcək. Lakin kişi-Əkizlər qadında ən yaxşı cəhətlər saydığı sədaqət, ciddiyyət və evdarlıq kimi xüsusiyyətləri öz arvadında tapa bilməyəcək. Bu izdivacın əsas. düşməni qadının qısqanclığı olacaqdır. Kişi-Əkizlərdəki etibarsızlıq onu təbdən çıxarıb qəzəbləndirəcək.

Bir sözlə, onlar hətta həyatlarının ilkin mərhələsində ayrılmasalar da, astroloqlar belə izdivacı məsləhət görmürlər. Bu ər və arvad hərə öz aləmində, qarşılıqlı anlaşma olmadan yaşayacaqlar.

Kişi-Əkizlər – Qadın-Əkizlər

Bu nikahın əsas cəhəti tərəf-müqabillərin tam qarşılıqlı anlaşma şəraitində yaşamasıdır. Lakin təəssüf ki, bu anlaşma onlara həmişə xoşbəxtlik gətirməyəcək: ailə məsələlərində aralarında narazılıqlar baş verəcək. Dayaz nəzakət və mülayimlik kimi keyfiyyətlərdən uzaq olan bu adamlar nəhayət, bir çox incikliklərin üstündən keçəcək və birgə yaşayış üçün yollar axtarıb tapacaqlar. Onlar birlikdə tam azad münasibətlər şəraitində yaşayacaqlar.

Kişi-Əkizlər – Qadın-Xərçəng

Kişi-Əkizlər Xərçəng üçün çox cəzbedicidirlər. Həm mənəviyyatca, həm də xasiyyətcə aralarında ümumi cəhətlər çoxdur. Onlara birlikdə çox xoşdur, hər ikisi qərarsız, dəyişkən uşaq xasiyyətlidir. İkisi birlikdə böyük uğurlar qazanacaqlar: bir iş çətinə düşəndə ər bunun səbəb və

mahiyyətini dərhal araşdırır, vəziyyəti nizama salır. Belə izdivac münasibətlərin yüngül və sərbəst olduğu şəraitdə qorunub saxlanıla bilər ki, bu da həssas və istiqanlı Xərçəng üçün çətinlik törədəcəkdir.

Kişi-Əkizlər – Qadın-Şir

Əkizlər Şirlə evlənərsə, çox tez məftun və itaətkar ər rolunu oynamalıdır. Onun səxavəti və təbiətindəki digər yaxşı cəhətlər qadının ailədə birinci olmaq həvəsi qarşısında əriyib yox olacaq. Ər tezliklə başa düşəcək ki, qadın onu aldadıb. Lakin ərin zirəkliyi, deyib-gülən, şux olması qadının xoşuna gələcək. Zaman keçdikcə onlar arasında dostluq münasibətləri yaranacaq ki, bu da nikahı daha da möhkəmləndirəcək. Bununla belə ər və arvad bağışlamağı bacarmasalar, onların nikahı pozulacaqdır.

Kişi-Əkizlər – Qadın-Qız

İlk vaxtlar onlar bir-biri üçün cəzbedici olacaqlar. Qarşılıqlı maraq üzərində qurularsa və bir-birinə güzəştə gedərlərsə, nikahı möhkəm ola bilər. Öz xudbinliyi və utancaqlığı üzündən baş verən narazılıqlar nəticəsində Qızın cazibədarlığı solub gedəcəkdir. Ərinin qeyri- mütəşəkkil hərəkətləri, başladığı işi sona çatdırmamaq adəti qadına xoş gəlməyəcək. Ailəni yalnız qadının dözümü və müdrikliyi qoruyub saxlayacaqdır.

Kişi-Əkizlər – Qadın-Tərəzi

Bu bürc altında doğulmuş qadın ailəyə mülayim və yoluna qoyulmuş münasibətlər bəxş edəcək. Ər və arvad eyni sahədə işləyirlərsə, daha yaxın olacaqlar. Nəzakətli qadın ərində azadlıq xülyası yaradaraq, əslində onu gizlicə idarə edir və istədiyi səmtə yönəldir. Qadın-Tərəzi yaxşı ana və əla tərbiyəçidir. Qadın evini zövqlə bəzəyəcək. Ər sakitlik və gözəllik hökm sürən bu guşəyə sevinclə qatılacaqdır. Başqa sözlə desək, bu nikah ən münasib, əlverişli nikahlardandır.

Kişi-Əkizlər – Qadın-Əqrəb

İlk vaxtlar ərin hərtərəfli olması qadın-Əqrəbi cəlb etsə də, o, Əkizləri başa düşə bilməz. Əqrəb ərini gah müdrik adam, gah da balaca uşaq kimi qəbul edəcək və özü də bilmədən onun arxasınca gedəcək. Bir müddətdən sonra özünün tabe vəziyyətdə olduğunu dərk edərək əzab çəkəcək, lakin bu, onu ərindən uzaqlaşdırmaq əvəzinə daha da yaxınlaşdıracaq. Bu, Əqrəb üçün bir növ saflaşma, dəyişmə olacaqdır. Təəssüf ki, ər arvadın çətin vəziyyətini dərhal başa düşməyəcək, onu yenidən tərbiyə etməyə çalışacaq, bu isə baş tutmazsa, qadını atacaq.

Kişi-Əkizlər – Qadın-Oxatan

Kişi-Əkizlər – Qadın-Oxatan ilə, bir qayda olaraq, müəyyən niyyətlər əsasında yaşayırlar. Çünki qadının xüsusiyyətçiliyi, ərin isə dəmdəməkiliyi tərəf-müqabillər üçün anlaşılmazdır. Lakin onlar arasında fiziki və mənəvi yaxınlıq vardır. Bu münasibətlər daim səyahətlərlə, qonaqlıqlar və əyləncələrlə təzələnməlidir ki, izdivac davam edə bilsin. Əgər ər zəif iradəlidirsə, qadın, şübhəsiz ki, evdə əsas rolu əlinə alacaq və kişini istədiyi səmtə yönəldəcək. Mənəvi tərəfdən bu izdivac müəllim və şagird münasibətini xatırladacaq. Onların tam əksliyi hər ikisinin mənəviyyatının yüksəlməsinə imkan verəcəkdir.

Kişi-Əkizlər – Qadın-Oğlaq

Onların münasibətləri mürəkkəb, uzunmüddətli nikahlan isə problemlərlə doludur. Oğlağın gözəlliyi və illərlə azalmayan cazibədarlığı (Əkizlər üçün müəmmalı bir sirr), soyuqluğu və əlçatmazlığı ərinə maraqlı bir maska kimi görünəcək. Kişini daim bir sual düşündürəcək: görəsən bu maskanın arxasında nə gizlənib? Qadın isə qeyri-ciddi, sadəlövh və dayaz ərinə uşaq kimi baxacaq. O, bütün varlığı ilə ərinin xasiyyətini dəyişməyə cəhd göstərəcək, bu baş tutmadıqda isə nikah pozulacaqdır. Hər iki bürcdə onlara məxsus səciyyəvi xasiyyət yoxdursa və qadın hiss etsə ki, ərini islah etmək mümkündür, ailə həyatı davam edə bilər.

Kişi-Əkizlər – Qadın-Balıqlar

Maraqlı nikahdır, ağılın hissiyyatla mübarizəsidir. Hər işə qarışan ər öz sirli, müəmmalı arvadını anlamağa çalışacaq. Ər hansı şəraitdə yaşamağının fərqinə varmasa da, qadın rahatlıq, dəbdəbə axtaracaq. Ərin ipə-səpə yatmaz təbiəti və gözlənilməz münasibəti zərif və parlaq şəxsiyyət olan qadının ürəyincə olmayacaq, bu isə öz növbəsində əri əsəbləşdirəcəkdir. Qadına ərinin Merkuridən əxz etdiyi ikili xasiyyət xoş gəlməyəcək. Bütün bunlara baxmayaraq, bu qadın əri üçün idealdır, qadın isə həmişə ərinin qayğısına qalacaqdır.

loading...
Şərh yaz