Nikahların uyğunluğu – Xərçəng

loading...

Kişi-Xərçənglər müəmmalı, sirli, çox həssasdırlar, bəzən ətrafdakılara qəribə və anlaşılmaz görünürlər. Əsasən hipnozçu, yaxud həkim olurlar. Onlar yalnız öz bildikləri qanunlarla yaşayırlar, belə adamlar üçün məntiq yaddır. Başqaları üçün mənasız sayılan adi bir şeyi onlar faciəyə çevirirlər. Məhz buna görə də Xərçəng bürcü altında doğulanlar ətrafdakıları da əsəbləşdirir, hər boş şey üçün mübahisə etməyi sevirlər. Bununla belə, adamlar Xərçəngə himayədarlıq edirlər. Onun uşaq təbiəti, həyat həqiqətlərindən xəbərsiz olması çoxlarında mərhəmət hissi doğurur. Kişi-Xərçəng, əsasən nəcibdir, sədaqətli dost və maraqlı həmsöhbətdir.

Kişi-Xərçəng – Qadın-Qoç

Demək olmaz ki, münasib əlaqədir. İlk vaxtlar Xərçəngə Qoçun qızğınlığı və qətiyyəti xoş gələcək, ancaq bir müddətdən sonra aralarında ixtilaf və ədavət başlanacaq. Fəal, təşəbbüskar xasiyyətli qadın onu özünə tabe etməyə, əl-qolunu bağlamağa çalışan emosional və qəribə xasiyyətli əri qəbul edə bilməyəcək.

Xərçəngin vasvasılığından irəli gələn əsassız qısqanclığı qadını kobudluğa və bəzən əlaqəni kəsməyə vadar edəcək. Ər arvadının sərtliyi, ürəyi açıq qadın isə ərinin müəmmalı xasiyyəti üzündən iztirab çəkəcək. Qoçun ərini səmimi söhbətə dəvət etməsi heç bir nəticə verməyəcək, çünki “Xərçəng elə Xərçəng”dir. Belə olduqda qadın hər şeyi atıb gedəcəkdir. Bu nikahlar qarşı tərəflərin xasiyyətləri səciyyəvi olmadıqda mümkündür.

Münasib nikahdır, tez-tez təsadüf edilir. Xərçəng qadınına onun üçün məlum olmayan gizli aləmin sirlərini öyrədəcək. Onlarda ümumi cəhətlər çoxdur. Hər ikisi evini sevir, yaxşı valideynlərdirlər. Əgər kimsə öz ərinə (yaxud arvadına) xəyanət edərsə, bundan çox tez peşman olacaq və başa düşəcək ki, öz arvadından (yaxud ərindən) yaxşısı yozdur; onu ağlayan, sevən, qayğısına qalan ailəsini aldatmaq, pis vəziyyətdə qoymaq olmaz. Qadın ərini heç vaxt gözündən uzağa qoymamalıdır, onun dəmdəməki və müəmmalı xasiyyətinin çoxları üçün xoşagəlməz nəticələri ola bilər. Bununla belə, bu evdə ümumiyyətlə, dinclik və rahatlıq hökm sürəcəkdir. Ən müxtəlif hədiyyələrə, nəvaziş və mehribanlıqla qadının könlünü açacaq. Bunun müqabilində isə qadın evdə rahatlıq və səliqə yaradacaq. Onları uşaqlara qayğı da yaxınlaşdıracaq. Hər ikisi qənaəti, pul yığımı xoşlayır, kiçik bir maddi gəlir də onları şad edir.

Kişi-Xərçəng – Qadın-Əkizlər

Əkizlər əbədi füsunkarlıq bürcü altında doğulmuş qadın ərini- Xərçəngi daim özünə məftun və cəzb edəcəkdir. Hər ikisi səbatsız, dəyişkən, uşaq xasiyyətlidir. Birlikdə intellektual cəhətdən uğurlar qazana bilərlər. Xərçəngin hadisənin səbəb və nəticəsinin kökünü axtarıb-aramaq qabiliyyətini qadın bu məlumatı tezcə nizama salmaq bacarığı ilə tamamlayacaq. Bununla belə, nikah münasibətlərinin azad və asan olması şəraitində qorunub saxlanacaq ki, bu da bədbin və istiqanlı ər üçün çətin olacaq. Ər qadınını tamamilə özünə tabe etməyə çalışsa, izdivac pozulacaq.

Kişi-Xərçəng – Qadın-Xərçəng

Kifayət qədər geniş yayılmış nikahdır, belə ki, Xərçəngin həmişə oxşan olur.

Qadına ərinin ətraf mühitə eyni münasibəti xoş gələcək, onu başa düşəcək, çatışmamazlığını bağışlayacaq, kiçik sirlərinə toxunmayacaq. İki Xərçəngin izdivacı gur axan kiçik çayı xatırladır: hisslərin coşması, göz yaşlan, dava-dalaş, sonra isə barışıq. Bu adamlar gənclik çağlarında özlərinə bir qayda olaraq nisbətən yaşlı və təmkinli tərəf- müqabil seçir, bir qədər yaşa dolduqdan sonra isə gənclərə üstünlük verirlər ki. bu da onlar ata-anadan irsən keçmiş xüsusiyyətdir.

Kişi-Xərçəng – Qadın-Şir

Şir bürcü altında doğulmuş qadın Xərçəngi özünə cəlb etsə də, onların nikahı çox da uğurlu deyil. Ər özünün müəmmalı xasiyyəti, hipnozetmə qabiliyyəti, hiyləgərliyi ilə «heyvanlar şahı»nın əl-qolunu bağlayacaq. Bir-birinə çətin uyğunlaşsalar da, qadın-Şir öz vəziyyətini tezliklə başa düşəcək. O, bütün zəncirləri qıraraq sərbəstliyə, cəmiyyətə, dəbdəbəli həyata doğru can atacaq. Ər isə bütün vasitələrlə onu əldə saxlamağa çalışacaq. Qarşılıqlı təhqirlər və incikliklər başlanacaq. Xərçəngin yeganə çıxış yolu ya məhəbbətindən-arvadından əl çəkmək, ya da qarşılıqlı təsir dairəsini bacı və qardaş arasında olduğu kimi bölüşdürməkdir.

Kişi-Xərçəng – Qadın-Qız

Bunlar arasında ümumi cəhətlər çox olsa da, Qızın hər an ağılla hərəkət etməsi Xərçəngin heysiyyətinə toxunacaq. Lakin arvad ərinin anlaşılmaz, çılğın, əsəbi və şıltaq xasiyyətini hamıdan yaxşı başa düşəcək və bağışlayacaq. Bu nikah ərə həm də müəyyən sərbəstlik verəcəkdir. Ailəsi və uşaqları, ailənin rahatlığı naminə hər cür fədakarlığa hazır olan belə qadın Xərçəngin ürəyincədir. Diqqətli, dəqiq və həssas ər də qadının xoşuna gələcək.

Kişi-Xərçəng – Qadın-Tərəzi

Nikah o qədər də münasib deyil, belə ki, qadın ailənin bütün ağırlığını, ev işlərini, uşaqların tərbiyəsini öz üzərinə götürməlidir.

İlk günlərdən evdə həyat həqiqəti və nüfuz dairəsinin bölünməsi başlanacaqdır. Ailənin qorunub saxlanmasına isə kənar amillər-xoş güzəran, ictimai vəziyyət, ər və arvadın valideynlərdən asılılığı, onların sözünə nə dərəcədə qulaq asmaları və s. təsir göstərə bilər.

Kişi-Xərçəng – Qadın-Əqrəb

Əlverişli olsa da, bu nikah daha çox aşiq-məşuq münasibətlərini xatırladacaq. Belə ki, hərdəmxəyal ər əl-ayağını ailə məsuliyyəti ilə

bağlamağa qadir deyil. Bununla belə, Əqrəbin möhkəm iradəsi və qətiyyəti əri özünə cəlb edəcək. Qadın Xərçəngin dəmdəməkiliyi və anlaşılmazlığı qarşısında aciz və köməksizdir.

Onlara birlikdə çox çətin olsa da, nikahlan maraqlıdır.

Kişi-Xərçəng – Qadın-Oxatan

Qadının azadlıq aşiqi olması ərin başına çox bəlalar gətirəcək. Lakin Oxatan elə həyati gücə malikdir ki, ərini do özünə cəzb edəcək və dəyişdirəcək. Məhəbbət və küsüşmələrlə dolu belə nikaha tez-tez təsadüf edilir. Arvad ərinin davranışına təsir göstərməyə cəhd etsə də, bu, uğursuzluqla nəticələnəcək, lakin qadın yenə də bu arzusundan əl çəkməyəcək.

Ailədə baş verən dava-dalaş bəzi hallarda hətta məhkəmə ilə nəticələnə bilər. Buna görə də Oxatanla evlənmiş Xərçəng ya qadının mərhəmətinə ümid bağlamalı, yaxud da öz xoşbəxtliyini ailədən kənarda axtarmalıdır.

Kişi-Xərçəng – Qadın-Oğlaq

Nihah möhkəm deyil və nadir hallarda təsadüf edilir. Kişi və qadın elə ilk görüşdən bir-biri qarşısına müəyyən şərtlər qoyurlar. Qadın hədsiz tələbkarlıq edir. Xərçəngi idarə etməyə, onu öz iradəsinə tabe etməyə çalışır. Bu, əlbəttə, Xərçəngin ürəyincə olmur. Axı, onun xasiyyətini heç kəs dəyişə bilməz! Ailə ixtilafları, küsüşmələr və dava- dalaş başlanır. Qadın səhv hərəkət etdiyini vaxtında başa düşməsə, bu münasibətlər tamam pozula bilər.

Kişi-Xərçəng – Qadın-Dolça

Mürəkkəb izdivacdır. Bu adamlar bir-birinə dost kimi daha çox uyğun gəlirlər Nikah qarşılıqlı hörmət əsasında da mümkündür. Hər ikisi dəmdəməkidir, intizamı və qayda-qanunu sevmir. Onlar bir- birindən inciyəcək və dostlaşacaq, gah sevib, gah da nifrət edəcəklər. Qadınım əldə bərk saxlamağa çalışan ər evi onun üçün az qala həbsxanaya çevriliəcək. Qadın isə çox vaxt özündə qüvvə tapacaq ki, bu zəncirləri qırsın və çıxıb getsin.

Kişi-Xərçəng – Qadın-Balıqlar

Dostluq və məhəbbət üçün münasib nikahdır. Qadının şəxsiyyəti və nəcibliyi Xərçəngi evə və ailəyə bağlayacaq. Qadının əhvalının və qətiyyətinin tez-tez dəyişməsini səbirsiz ər yaxşı başa düşəcək. Xərçəng qadının ürəyinin dərinliyinə nüfuz etməyə cəhd göstərəcək. Qadın isə fərəhlənəcək ki, əri həssasdır və onun üçün əlindən gələni əsirgəmir.

Müəyyən bir işə başlasalar, birlikdə böyük nailiyyət qazanarlar.

 

loading...
SHARE