Niyə görə əllər keyiyir- ilk  həyəcan

loading...

Əgər sizində əllərinizdə bəzən keyləşmə olursa, onda çox güman ki, sıxma, uzun oturma və ya narahat uzanma zamanı əsəblərin və damarların perejatiyası yaranır. Əgər sizdə əllərin keyləşməsi daim olursa, bu sizdə mövcud olan hər hansı bir xəstəlikdən xəbər verir. Bu onurğanın düzgün fəaliyyətinin pozulması və ya damarların xəstəliyi ola bilər.

Əgər sizdə keyləşmə daim olursa, xəstəliyi müəyyən etmək üçün həkimə müraciət etməyiniz lazımdır. Müasir revmotologiya əllərin keyləşməsini  kifayət qədər müvəffəqiyyətlə müalicə edir. Damarların xəstəliklərinə gəlincə, burada sizə təyin edilən damargenəldici preparatların təyinatı uyğun gələcək, hansılar ki, bir müddət sizə kömək edəcək, lakin keyləşmədən qurtulmayacaqsınız. Damargenəldici preparatlar damarların tam təmizləməsi və onların tam funksionallığının bərpasına zəmanət vermir.

Bu zaman sizin yardımınıza damarların təmizləməsi üçün xalq tibbinin reseptləri gələcək, nəticədə əllərin və ayaqların keyləşməsindən qurtulacaqsınız.

Tibet metodikasına görə, sarımsaq tinkturasının köməyi ilə damarların təmizləməsindən arada istifadə edə bilərsiniz. Amma akademik Bolotov bu metodikanın təkmilləşmiş variantını məsləhət görür:

3 litr süd zərdabı, 3 stəkan üyüdülmüş sarımsaq və 1 stəkan şəkər pudrasını götürmək lazımdır. Bütün bu tərkibi 1 çay qaşığı xama ilə yaxşıca qarışdırmaq,  2 ay saxlamaq və arada qarışdırmaq lazımdır. Hazır tərkibi yeməkdən yarım saat əvvəl gündə 50 ml olmaq üzrə 3 dəfə qəbul etmək lazımdır.

Bu reseptlə orqanizmin bütün damarlarını təmizləmək olar. Hər şey içilmiş tərkibin miqdarından asılıdır. 9 litr tövsiyə edilir. Buna sizin təxminən 2 ayınız gedəcək.

Əlləri keyiyən kəslər üçün daha bir resept:

Böyük bir qazan götürürük, yaxşı yuyub suyla doldururuq. İçərisinə çuğundur əlavə edirik. Vam odda 20 dəqiqə bişiririk. Sonra soyumaq üçün qırağa qoyuruq. Soyudulmuş bu həlimi yeməkdən əvvəl gündə 4 dəfə yarım stəkan süzüb qəbul etmək lazımdır.

Ayaqların keyləşmiş barmaqları üçün çox sadə gimnastika tətbiq edə bilərsiniz. Xalça alın. Yalnız eləsini alın ki , üzərində  onda kəskin suluqlar olsun və 20 dəqiqə onu ayaqyalın ayaqlarla tapdalayın. Gecələr bunu mütləq edin. Gündə iki dəfə, 15 – 20 dəqiqə pambıq corabda olmaqla ayaq üstə və ya oturaraq ayaqlarınızı masaj edin. Belə masajdan sonra nəticə çox tez başlayacaq, sizdə ayaqların və ayaq altının barmaqlarının keyləşməsi  dayanacaq.

loading...
Şərh yaz